KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Vaşinqton və Bakı arasındakı gərginliyin səbəbi Rusiyadır?

Kamal Aliyev: Vaşinqton və Bakı arasındakı gərginliyin səbəbi Rusiyadır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
119 0

ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Ceyms O´Braynın ABŞ konqresində söylədiklərinin arxa fonu var.ABŞ Azərbaycanın yavaş-yavaş Rusiyanın təsir orbitinə yaxınlaşmasına qəzəblidir.Eyni zamanda,Bakı Qarabagdakı rus sülhməramlılarını çıxarmaga tələsmir,iqtidar mediasında son hadisələr fonunda Rusiyaya qarşı tənqidlərin dozası azalıb.Dünən O´Braynın Azərbaycanla “yüksək səviyyəli bütün əlaqələrin ləgv edilib”deməsi bir mənada da Bakı və Vaşinqton arasında kommunikasiyaların dondurulması,növbəti mərhələdə isə bütün körpülərin yandırılması da ola bilər.Sanki Vaşinqton Azərbaycanı bir az da Rusiyanın təsir orbitinə itələyir.Bu,olduqca təhlükəlidir və Azərbaycanda Qərbin strateji planlarını da alt-üst edə bilər.Təbii ki,ABŞ və Azərbaycan arasında münasibətlərin gərginləşməsi anidən baş verməyib,bunun şübhəsiz ki,bəkqraundu var.
Təhlükəli olan budur ki,Ermənistana sahib çıxmaqla,onun Rusiyadan asılılıgını aradan qaldırmaqla Azərbaycanı itirmək təhlükəsi var.
Bir detalı da vurgulayım ki,Azərbaycan-İran münasibətlərindəki “normallaşma”görünür ABŞ-ni narahat edib.Rusiya və İranın bu gün faktiki müttəfiq oldugunu nəzərə alsaq,Azərbaycanın da bu ölkələrlə normal münasibətləri Vaşinqtonu narah etməyə bilməz.Ancaq amerikalılar onu da dərk edir ki,Ermənistanın İranla yaxın münasibətləri var bunun gələcəkdə pozulması ehtimalını da istisna etməmək lazımdır.Belə olan təqdirdə,Gürcüstan istisna olmaqla,Yerevanın bütün qonşularıyla problemli oldugu faktı dogur.Bu isə Ermənistanın regional blokadası anlamına gəlir və bu,Ermənistanın milli təhlükəsizliyi üçün olduqca təhlükəli tendensiyadır.
Anlaşılandır ki,dünyanın siyasi xəritəsi dəyişir və bu proses sancılı keçir.Dünyanın siyasi xəritəsində dəyişikliklər(Buna Yeni Dünya Nizamı da deyirlər)Cənubi Qafqazdan da yan ötməyəcək.
Azərbaycanın geopolitik qütbünün hansı istiqamətdə olacagını da müəyyən etmək olar.Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralın 22-imzalanmış müttəfiqlik bəyannaməsindən sonra bir məqaləmdə yazmışdım ki,bu,həm də Bakının Yeni Dünya Nizamındakı geopolitik seçimidir.Mümkündür ki,Qərbdə bunu bilirlər və bu üzdən,əsas siyasi investisiyanı Ermənistan,Gürcüstan kimi Qafqaz respublikalara yatıracaqlar.Hətta belə qənaətə gəlmək olar ki,Qərb Azərbaycanın geosiyasi qütbünü bildiyi üçün Bakını gözdən çıxarıb.
Maraqlı və aktual olan odur ki,Azərbaycan Rusiyadan nə qazanacaq? Azərbaycan-Rusiya müttəfiqliyi xalqa nə bəxş edəcək? Bu,Azərbaycanın daha da avtoritarlaşmasıylamı nəticələnəcək?
Əlbəttə,bu suallar qarşıdakı zaman kəsimində kifayət qədər aktual olacaq.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir