KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: V.Putinin “pasport oyunu”hansı nəticələri dogura bilər?

Kamal Aliyev: V.Putinin “pasport oyunu”hansı nəticələri dogura bilər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
277 0

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna və qondarma LNR və DXR rejimlərinin sakinləri üçün rus pasportlarını almagı asanlaşdırıb.
Əvvala,V.Putinin “pasport”qərarı beynəlxalq hüququn kobud formada pozulmasıdır.
İkincisi,Rusiyanın yaratdıgı qondarma Donetsk və Luqansk rejimlərinin ərazisində yaşayan sakinlərdən əlavə Ukrayna vətəndaşlarına da rus pasportlarının verilməsi olduqca təhlükəli presedentdir.

Putinin məlum qərarı onu göstərir ki,o,Ukraynanın tam işgalını artıq qafasına qoyub.Yəni beynəlxalq hüququn subyekti olan Ukraynanın bütün vətəndaşlarına Rusiya pasportlarının təklif edilməsi təhlükəli ssenarinin tərkib hissəsidir.

Bu qeyri-hüquqi qərar onu gösərir ki,biz hələ Ukraynadakı müharibənin ən dəhşətli fazasını görməmişik.Hərçənd,Putin sragagün demişdi ki,Qərb bizimlə döyüşmək itəyirsə buyursun və biz hələ müharibəyə başlamamışıq.Görünür,Kremlin şefi hədəflərini asta-asta realizə etmək istəyir;əvvəlcə müharibəyə hələ başlamadıqlarını deyir,daha sonra isə Ukrayna vətəndaşlarına Rusiya pasportları təklif edir.

Ancaq maraqlıdır ki,Putin öz “pasport oyunu”na Moldovanın Dnestryanı bölgəsindəki separtçı rejimin vətəndaşlarını alət etmir.Ola bilsin ki,ya Moldovada ikinci cəbhəni açmaq istəmir,ya da düşünür ki,Odessanı işgal edərsə,Dnestryani bölgə birbaşa elə Rusiyaya birləşəcək.

Bundan əlavə,diqqətinizi baltikyani respublikalara çəkmək istəyirəm.Bu gün Latviya və Estoniya əhalisinin 20%-i(Litvada 4,5%)etnik ruslardan ibarətdir.Və belə olan təqdirdə,Kreml yaxın gələcəkdə öz ənənəvi hibrid müharibə taktikasını işə salaraq adı çəkilən bu respublikalarda etnik rusları sivil itaətsizlik aksiyalarına sövq edə bilər.
Baxmayaraq ki,Litva,Latviya,Estoniya NATO və Avropa İttifaqının üzvləridir,yenə də Rusiyanın bu ölkələrdə aranı qarışdırmaq potensialını ciddiyə almalıyıq.Hətta Rusiya Latviya və Estoniyada yaşayan etnik ruslara da öz pasportlarını təklif edə bilər.
Hərçənd,baltikyanı respublikalardakı etnik ruslar,xüsusilə gənc nəslin arasında Putinin Rusiyasına qətiyyən simpatiya yoxdur.Buna rəgmən,Rusiya əlindəki müəyyən siyasi,sosial rıçaqlardan istifadə edərək,baltikyanı regionda müəyyən gedişlər edə bilər.Daha sonra isə Kremlin radarında Cənubi Qafqaz və Mərkəzi Asiyadır.Ki həm Cənubi Qafqazda,həm də Mərkəzi Asiyada Rusiyanın nəzarətindəki 5-ci kalon indi səbirsizliklə rus tanklarının gəlişini gözləyirlər.

Kremlin Azərbaycanda yatmış hüceyrələrinə,5-ci kalonuna qarşı ciddi tədbirlər görülməlidir.Yoxsa gec ola bilər…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir