KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Tehrandakı səfirliyə hücumun müəllifi Xamanei,icraçısı isə SEPAH-dır

Kamal Aliyev: Tehrandakı səfirliyə hücumun müəllifi Xamanei,icraçısı isə SEPAH-dır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
224 0

Azərbaycanın Tehrandakı səfirliyinə yanvarın 27-də edilən hücum və bir səfirlik əməkdaşının qətlə yetirilməsi onu göstərir ki,mövcud rejim aqoniyadadır və düşdüyü çətin bir anda prosesləri daha da gərginləşdirməyi hədəfləyib.
Görünən budur ki,İranın ali rəhbəri,icraçı prezident rejimi qorumaq üçün qəsdlə”qırmızı xətti”keçməyi də gözə alıb.Halbuki,son həftələrdə İran və Azərbaycan arasında Türkiyənin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması istiqamətindı danışıqlar gedirdi.Azərbaycan,Türkiyə və İran parlament sədrlərinin Antaliyadakı görüşü və son olaraq,xarici işlər nazirimiz Ceyhun Bayramovun iranlı həmkarı Hüseyn Əmirabdullahiyanla görüşü münasibətlərin normallaşmasına ümidləri artırmışdı.
Əvvəlcə onu vurgulayım ki,İran tarixində diplomatik missiyalara hücumlar ilk dəfə deyil ki,baş verir.1829-cu ildə də Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov da vəhşicəsinə qətlə yetirilmişdi.Daha sonra 1979-cu ilin noyabrın 4-də islam rejiminin tərəfdarları “Amerikaya ölüm!”,”Şahı bizə verin!”ABŞ-ın Tehrandakı səfirliyinə hücum edib 66 nəfəri girov götürüb 444 gün əllərində saxlamışdılar.
Bundan başqa,2016-cı ilə Səudiyyə Ərəbistanında ektremist şiə Nimirin öldürülməsini bəhanə edərək bu ölkənin Tehrandakı səfirliyinə od vurmuşdular.
Görünür,İrandakı rejim,daha dogrusu,Xamanei və onun tətikçisi SEPAH-ın diplomatik korpusların qorunmasını n əızərdə tutan Vyana Konvensiyasının müddəalarını ya dərk etmir,ya da ələ salır.

Diqqətimi çəkən həm də odur ki,Azərbaycan səfirliyinə qarşı törədilən bu hadisəyə rejimin güc strukturları və nəzarətində olan media sıradan bir hadisə kimi yanaşır.Hərçənd,Tehrandakı Azərbaycan səfirliyinə qarşı bir hücum kifayət qədər düşündürücü bir aktdır və arxasında birmənalı olaraq SEPAH adlı radikal bir silahlı qrupun oldugu şübhə dogurmur.Bu terror aktının müəllifinin ali rəhbər Seyid Əli Xamaneinin,icraçının isə SEPAH-ın komandiri Hüseyn Səlaminin oldugunu düşünmək tamamilə mümkündür.
İranın Zəngəzur koridoruna qarşı isterikası,Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminə qarşı qəzəbi və İsraillə Bakının münasibətlərinin dərinləşməsi rejimi narahat edir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir