KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya və İsrail arasında nə baş verir?

Kamal Aliyev: Rusiya və İsrail arasında nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
115 0

“HƏMAS”-ın oktyabrın 7-si günü İsrailə hücumundan sonra Təl Əviv və Moskva arasında münasibətlər kifayət qədər gərginləşib.Dogrudur,müharibənin əvvəlində Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışıgı baş tutdu,lakin iki ölkə arasında münasibətlər hələ də öz gərginliyini qoruyub saxlayır.

Belə ki,”HƏMAS”nümayəndə heyətinin Moskvada qəbul edilməsi,BMT TŞ-də keçirilən dinləmələrdə Rusiyanın Çinlə birlikdə “HƏMAS”-ın tezislərini müdafiə etməsi,hətta rusiyalı diplomat Vasili Nebenziyanın İsraili “işgalçı”dövlət adlandırması iki dövlət arasında münasibətləri daha da gərginləşdirib.
Hətta Vasili Nebenzia bəyan edib ki,İsrail həm “işgalçı”dövlətdirçhəm də onun terrora qarşı özünü müdafiə etmək hüququ yoxdur.
Moskva İsraildən Qəzza zolagını bombardıman etməməyi tələb edib və onu xəbərdar edib ki,İsrailin Qəzza zolagında hərbi əməliyyatlar aparması bütün regionda geniş masştablı müharibə ehtimalına səbəb ola bilər.
Rusiyanın son proseslər baxışı belədir:Müstəqil Fələstin dövlətinin qurulmalıdır.

Hal-hazırda Rəsmi Moskva İsrail və Fələstin arasında baş verən müharibədə ABŞ-günahlandırır və ruslar iddia edir ki,amerikalılar “iki dövlətli”həll planının əleyhinədirlər.
Dəfələrlə vurguladıgım kimi,Rusiyanın Fələstin məsələsində “qarın agrısı”nə iki dövlətli həll planıdır.nə də hər gün Qəzzada bombaların altında can verən fələstinli körpələrdir.Moskvanın strateji həmləsinin mahiyyətində Qərbin Ukraynaya daha az diqqət ayırması və heç şübhəsiz ki,ABŞ-nin Yaxın Şərqdə mümkünsə bir müddət məşgul etməkdir.Əlbəttə,Rusiya bu məsələdə tək deyil və Çinlə sinxron hərəkət edir.Diqqət edin,Rusiya anti-İsrail mövqeyi sərgiləməklə,islam düntasında Qərbə qarşı güclənən nifrət dalgasından da faydalanır.Moskva bununla ərəb və müsəlman dünyasına təlqin edir ki,sizi mən müdafiə edirəm.

Digər tərəfdən,Rusiya-İsrail münasibətləri Ukraynada müharibə başlayandan bəri var.Halbuki,İsrail indiyəcən Ukrayna mövzusunda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qoşulmayıb və daha çox özünü “neytral”tərəf limi göstərirdi.Sadəcə olaraq,İranın Ukraynanın işgalında Rusiyaya hərbi və siyasi dəstək verməsi İsrail tərəfindən xoş qarşılanmırdı.Buna rəgmən,son iki il ərzində baş nazirlər olmuş Naftali Bennet,Yair Lapid və Benyamin Netanyahu Ukrayna mövzusunda daha həssas mövqe sərgiləmək taktikasını güdürdülər.
Görünən budur ki,Rusiya və İsrail arasında münasibətlər bundan sonra heç də əvvəlki kimi rəvan olmayacaq.Hətta buna əlavə olaraq,İsrail-Çin münasibətlərində də “soyuqluq”müşahidə edə biləcəyik.İsrail üçün son hadisələr onu göstərdi ki,bu dövlətin milli təhlükəsizliyinin əsas gücü ABŞ-dir.

P.S.Əlavə olaraq,İsrailin”Bibi”ləqəbli baş naziri Benyamin Netanyahunun “Mənim hekayəm”adlı avtobiqrafiyasını xatırladım.Aşagıdakı kitabda Netanyahu Putindən “önəmli dost”deyə bəhs etmişdi.Son hadisələr fonunda,Netanyahu-Putin dostlugunun da sona yetdiyini fərz etsək yanılmarıq.Hərçənd,Netanyahu indiyəcən ABŞ-nin təzyiqlərinə baxmayaraq,Rusiya ilə münasibətləri qorutub saxlaya bilmişdi.

P.S.S.

Netanzahunun kitabında Osmanlı İmperiyasının sultanlarından olan Əbdülhəmid Xanın da Yaxın Şərqdə İsrail dövlətinin qurulması üşün sionistlərə imkan verməməsindən,sionizm ideologiyasının banisi Teodr herzlə qarşı oldugunu da yazmışdı.Əlavə olaraq,Netanyahunun avtobioqrafiyasında Türkiyənin islamşı prezidenti Ərdogan da tənqid olunur.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir