KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Kirman qətliamı İran-İsrail savaşına səbəb ola bilərmi?

Kamal Aliyev: Kirman qətliamı İran-İsrail savaşına səbəb ola bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
85 0

İranın İnqilab Keşikçiləri Korpusunun(SEPAH)Qüds Korpusunun keçmiş generalı Qasım Süleymaninin ölüm ildönümündə Kirman şəhərində baş verən ardıcıl iki partlayış və 103 nəfərin ölümü ətrafında müxtəlif fikirl əır,qənaətlər dolaşmaqdadır.Hətta İranın ali rəhbəri Seyid Əli Xamanei bəyan edib ki,bu qətliamı törədənlər “ciddi”şəkildə cavablarını alacaqlar.Ancaq maraqlıdır ki,Xamanei qətliamı törədənlərin və sifarişçinin kim oldugu haqqında bir şey demir.
Buna rəgmən,qətliamın arxasında İsrailin olacagı haqqında müxtəlif təvatürlər də səslənir.Onu da nəzərə almalıyıq ki,heç bir dövlət belə bir qətliamı tör əıtdiyini açıq şəkildə elan etməz.
Maraqlı detal həm də budur ki,1979-cu ildəki islam inqilabından sonra rejimə qarşı hələ də mübarizə aparan “Xalqın Mücahidləri”qruplaşması da məlum qətliamı törədə bilərdi.Üstəlik,İrandakı vilayəti-fəqih şiəliyinə qarşı çıxan radikal sünni qruplaşa olan İŞİD-də bir neçə dəfə bu sayaq qətliamlar törədib.
Bundan sonrakı mərhələdə açıq sual belədir:İran Kirman qətliamını İsrailin üzərinə yıxaraq,bu ölkə ilə açıq qarşıdurmaya gedərmi?
Bu sualın cavabı açıqdır:İran heç bir halda İsraillə açıq konfrantasiyaya getməyəcək və maksimum Yaxın Şərqdəki proksilərindən istifadə edəcək.Bu sırada birbaşa rejimə baglı olan “Hizbullah”önə çıxır.Təbii ki,Qırmızı dənizdə husilərə böyük iş düşəcək.
Üstəlik,İraqdakı iranyanlı “Həşdi Şəbi”qruplaşma da öz aktivliyini artıracaq.
Buna baxmayaraq,rejimin Kirman qətliamı ətrafında strateji planı cəmiyyəti “böyük şeytan”ABŞ və “sionist”rejim İsrailə qarşı konsolodasiya etməkdən ibarət olacaq.Halbuki,İsrail heç Beyrutda öldürülən HƏMAS üzvü Saleh Aruriyə qarşı sui-qəsdi öz üzərinə götürməyib.
Əlbəttə,Tehran İsrail və ABŞ ilə müharibənin risqli və böyük maliyyəyə səbəb olacagını da hesaba qatıb.Ən cidfi detal isə bundan ibarətdir ki,rejim Yaxın Şərqdə hər hansı genişmiqyaslı müharibə kontekstində Çinə və Rusiyayao qədər də inanmır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir