KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İranlı Cəlilzadənin cəlallanmagı və “qırmızı “ət”

Kamal Aliyev: İranlı Cəlilzadənin cəlallanmagı və “qırmızı “ət”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
48 0

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin sədri Vahid Cəlilzadə deyib ki,sərhədlərimizin dəyişdirilməsini düşünənlərin arzusunu kabusa çevirəcəyik və bizim səbirimizi sınamayın.Və bu,bizim “qırmızı xəttimiz”dir.

Gördüyünüz kimi,İran İslam Respublikasının ali lideri,ayətullahül-uzma Əli Əkbər Xamanei,prezident İbrahim Raisulsədati(qısaca Rəisi deyirlər)və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan(İsfahan mafiasının iribuynuzlusu)kimi bizim azərbaycanlımız,Urmiyalı Vahid Cəlilzadə də sərhədlərin dəyişdirilməsindən bəhs edir və israrla hədə-qorxu gəlirlər.Lakin bu,necə mövzudursa,ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri,onun Avarayr tablosunu göstərərək,”bu ermənilərin farsa müqavimətini tərənnüm edir”deməsi iranlı rəsmiləri,medianı nə hikmətdirsə maraqlandırmır,diqqətini çəkmir.
Diqqət edin,İran “böyük şeytan”adlandırdıgı ABŞ-la Zəngəzur mövzusunda sanki fikir ayrılıgı,ziddiyyət yaşamır.Əlbəttə,biz bu sıraya Fransanı da əlavə edə bilərik.

Konkret Vahid Cəlilzadəyə gəlincə,2009-2013-cü illərdə Qərbi Azərbaycanın ostandarı olmuş azərbaycanlı Cəlilzadəmizin bu sayaq cəlallanması,artıq çox istifadə olunduqca,daha dogrusu çeynəndikcə moddan düşən “qırmızı xətt”ifadəsini vurgulaması adamı heyrətləndirir.
Halbuki,ortada İran hökumətinin israrla üzərində durdugu,bar-bar bagırdıgı nə sərhəd dəyişikliyi var,nə də Zəngəzur koridoru mövzusu.Hətta deyərdim ki,bu saatdan sonra Zəngəzur dəhlizi mövzusu da qeyri-müəyyən müddətə təxirə salındı.Hərçənd,Nikol Paşinyan bundan əvvəl müəyyən güzəştlərə gedə biləcəyinə işarə etmişdi.Yəni bundan sonra Paşinyanın hər hansı güzəştə gedəcəyi onun hətta fiziki məhvinə səbəb ola bilər.Dogrudur,Paşinyan parlamentdə əvvəlcə nəyin bahasına olursa-olsun müəyyən güzəştlərə gedəcəyinin anonsunu verdi,lakin o,daha sonra heç nə imzalamayacagını da açıqladı…
Səbəb çox sadədir:Həm azərbaycanlı Vahid Cəlilzadınin İranı,həm də Ermənistandakı siyasi qeyri-sabitlik qorxusu Nikolu geri addım atmaga sövq etdi.

Son olaraq,Cəlilzadənin “qırmızı xətt”və “kabus”sözlərinə gəlincə,bu dəqiqə əsl kabus İranda yaşanır.İran xalqı,azadlıqsevər qadınlar bu teokratik rejimin əsarətindən qurtulmaq üçün hicablarını,kəlagayılarını belə yandırmaqdan geri durmurlar.Rejimin şubiyə şiyə dünyagörüşü İran xalqını zəhləsini töküb.Və nəhayət,İranın rejim xidmətçilərinin(Alayı Xamaneinin xidmətçiləridir)dilində pələsənk olan”qırmızı xətt”ifadəsini “qırmızı ət”kimi də anlaya bilərik.Bunlar “qırmızı xətt”sözünü də hörmətdən saldılar.Necə ki,bir zamanlar Azərbaycanda istefa mədəniyyətini hörmətdən salanlar olmuşdu.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir