KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Zəngəzur dəhlizi ugrunda müharibə olacaqmı?

Kamal Aliyev: Zəngəzur dəhlizi ugrunda müharibə olacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
88 0

Rusiya 2020-ci il 9 noyabr atəşkəs haqqında üçtərəfli bəyanatı əsas gətirərək,Zəngəzur dəhlizinə nəzarət etmək istəyir.Qərb və Paşinyan hökuməti isə buna qarşıdır hətta Ermənistan hökuməti Zəngəzur dəhlizi boyunca təhlükəsizliyi təmin etmək üçün xüsusi komissiya yaratdıgını da deyir.
Qərbdəki ab-hava isə bundan ibarətdir ki,Zəngəzur dəhlizi inşa edilməludir ki,bu yolla Türkiyə Mərkəzi Asiyaya maneəsiz,İrana möhtac olmadan çıxa bilsin.Diqqətlə fikir verin,İran hələ də Zəngəzur dəhlizinə qarşı mövqeyini qoruyub saxlayır.Ancaq əvvəlki sərt ritorikadan əsər-əlamət yoxdur.Azərbaycan iqtidarı isə İran ərazisindən keçməklə Naxçıvana yolun çəkilməsini təklif etməklə İranı razı saldıgını düşünür.
Zəngəzur koridoru ugrunda müharibə ehtimalına gəlincə,inanmıram ki,İlham Əliyev hökuməti bu avantüraya əl atsın.Müharibə ehtimalını aktual edən yeganə detal Rusiyanın bunda maraqlı olmasıdır.Hətta belə bir qənaətə də gəlmək olar ki,Moskva Qarabagdakı sülhməramlı kontingentini bu halda geri çəkər ki,o zaman Zəngəzur dəhlizinə nəzarət edə bilsin.Rusiya sülhməramlılarının Azərbaycandan çıxması vacibdir,ancaq Zəngəzur dəhlizi boyunca Kremlin kontrol mexanizmi bizi Rusiyadan asılı edir.İlk baxışda biz Qarabagdakı rus sülhməramlılarının ərazimizdən gedəcəyinə sevinirik,digər tərəfdən isə Naxçıvana gedən yolda onların təhlükəsizlik qüvvələrinin nəzarətində oluruq.Bu,heç bir halda Azərbaycanın maraqlarına cavab vermir.
Əslində,erməni baş nazir Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə baglı strategiyası müəyyən qədər bizim zdə hədəflərimizə uygun gəlir.Bu kontekstdə yeganə ziddiyyət Ermənistan ərazisində gömrük və sərhəd postunun yaradılmasıdır.Məntiqlə,ərazi Ermənistana məxsusdur və Yerevan ərazidə gömrük postu qurmaq haqqına sahibdir.Lakin 2020-ci ildə imzalanmış üçtərəfli anlaşmada(Azərbaycan,Ermənistan,Rusiya)gömrük və sərhəd postunun qurulmasıyla əlaqədar konkret detal yoxdur.Görünən odur ki,Rusiya son olaraq Zəngəzur dəhlizinə görə bizə tələ quru
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir