KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq mı

Elhan Şahinoğlu: Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq mı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
88 0

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Briliyinin və Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirak məqsədilə Rusiyaya getməyə bilməzdi. Rusiya prezidenti Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı yumşaq şəkildə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcəyini əminlikdə bildirmişdi. Paşinyan və onun hökumət üzvləri nə qədər Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib.

Prezident İlham Əliyev də MDB toplantısında iştirak məqsədilə Sankt-Peterburqa gedəcək. Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq. Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamamlıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur.

Liderlərin üçlü görüşü istisna deyil. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur.

Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir