KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Bakı İravana qarşı 1918-1920-ci il xəritəsini əsas götürə bilərmi?

Kamal Aliyev: Bakı İravana qarşı 1918-1920-ci il xəritəsini əsas götürə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
266 0

Əvvəlcə ondan başlayaq ki, Konstitutsiyasına görə,Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cumhuriyyətinin(AXC)varisidir.Bu,eyni zamanda o deməkdir ki,Azərbaycanın AXC-nin o zaman mövcud olmuş ərazisinə iddia etməsi beynəlxalq hüquqa görə,heç bir ziddiyət təşkil etmir.Əslində,hal-hazırda ermənilərin də çəkindiyi məqam budur.Bu üzdən,Ermənistanın baş naziri Nikol Paşinyan bir müddətdir ardıcıl olaraq ölkəsinin 29,8 min kvadratkilimetr ərazisinin Azərbaycan tərəfindən tanınmasında israr edir.Paşinyan bununla 29,8 min kv.km üçün “kadastr sənədi”almaq istəyir.Baxmayaraq ki,erməni tərəfi 1975-ci il xəritəsini son günlər aktuallaşdırıb,lakin ən kritik olan nöqtə 1918-1920-ci il xəritəsidir.

Tarixi nöqteyi-nəzərən,1920-ci ilin 11 yanvarında ulu öndər Məhəmməd Əmin Rəsulzadənin liderlik etdiyi Azərbaycan Xalq Cumhuriyyəti ABŞ başda olmaqla,böyük güclər tərəfindən tanınıb.Belə olan təqdirdə,hüquqi olaraq Azərbaycan 1918-1920-ci il xəritəsinə istinad etmık və Ermənistanla sərhədlər delimitasiyasını bu prinsiplə realizə edə bilər.Üstəlik,Azərbaycan tərəfi Göyçə gölü və Zəngəzurun bir hissəsini də müzakirə obyektinə çevirə bilər.Əlbəttə,ermənilər də bunu dərk edir ki,son vaxtlar ardıcıl olaraq 1975-ci il xəritəsini bu qədər aktuallaşdırıblar.
Yuxarıda da vurguladıgım kimi,Ermənistan bir az da cıgallıq edərsə,Azərbaycan tərəfi də hüquqi olaraq,AXC-nin varisi oldugunu beynəlxalq müstəvidə duskurs mövzusuna çıxara bilər.Yəni,Bakı Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi,de-yure olaraq,1918-1920-ci il xəritəsini aktuallaşdıra bilər.

 

Hazırda Ermənistan tərəfi can-fəşanlıq göstərərək,Azərbaycanla sərhədlərin delimitasiyasında 1975-ci il xəritəsinə güvənir.Hətta Paşinyan deyir ki,Kişinyovda bu mövzu müzakirə edilib.Baxmayaraq ki,Azərbaycan XİN-i erməni tərəfinin iddialarını təkzib edib,ancaq İravan 1975-ci il xəritəsindən geri çəkilmir.Mümkündür ki,Azərbaycan tərəfinin işgal olunmuş,dagıdılmış torpaqlarla baglı beynəlxalq məhkəmədə iddia qaldırmaga hazırlaşması da,Ermənistanda indidən təşviş yaradıb.Təxmini olaraq,onmilyardlarla təzminatı Ermənistanın ödəyəcəyi aglabatan deyil.Məhz ermənilərin qorxusu da budur ki,təzminat əvəzinə Azərbaycan tərəfi onlardan torpaq tələb edər.
Ermənistan eyni zamanda,1926-cı il xəritələrinə də başvura bilər.Bunu da erməni siyasətşünaslar dilə gətirməyə başlayıblar.Halbuki,1926-cı il xəritəsi deyilən anlayış yoxdur və Azərbaycan və Ermənistan arasında sərhəd dəyişiklikləri əsasən 1920-1929-cu ill əırdə olub.O zaman da Sovet rejimi Azərbaycan torpaqlarının bir hissəsini Ermənistan SSRİ-yə peşkəş edib.

Kamal Aliyev.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir