KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Avropa liderlərinin Kiyev səfəri “ya tamam,ya davam”mahiyyəti daşıyır

Kamal Aliyev: Avropa liderlərinin Kiyev səfəri “ya tamam,ya davam”mahiyyəti daşıyır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
31 0

Bu gün dünyanın diqqəti Ukraynanın paytaxtı Kiyevdədir.Fransa prezidenti E.Makron,İtaliyanın baş naziri M.Dariqi və Almaniyanın federal kansleri O.Şols artıq Ukrayna paytaxtındadırlar.

İlk baxışdan Avropa İttifaqının hər üç lider dövlətinin Kiyevə gəlişi və Ukrayna prezidenti V.Zelenski ilə görüşü Rusiyanın işgalına qarşı həm konsolodasiya nümayişidir,həm də müharibənin diplomatik həlli üçün bir ismarıcdır.
Digər mühüm bir müzakirə mövzusu isə Ukaynanın Avropa İttifaqına üzvlük üçün namizədlik statusunun verilməsi olacaq.

E.Makron artıq deyib ki,Ukrayna Rusiya ilə danışıqlar aparmaga məcbur olacaq.Bu,o deməkdir ki,ey Zelenski,müharibənin davam etməsi Avropa üçün məqbul deyil,indi ən azından atəşkəs haqqında razılıq əldə etmək lazımdır.

Ukrayna dövləti isə Avropadan,xüsusilə,Almaniyadan daha agır silahlar tələb edir ki,Rusiyanın hücumlarına cavab verə bilsin.
Severedonetsk şəhərinə gedən bütün körpüləri rus işgalçılar məhv edib,Azot kimya zavodu faktiki mühasirədədir.Zavodda 1500-2000 ukraynalı hərbçi,500-600 nəfər əcnəbi döyüşçü və sivil var.Vəziyyət belə davam edərsə,Azotun da axırı Mariupoldakı Azov metallurgiya zavodu kimi olacaq.
V.Zelenski isə deyir ki,Severadonetsk rusların əlinə keçsə,onlar yenidən Kiyevə dogru hərəkət edəcəklər.

Müharibənin ən azından qışa qədər davam etməsi isə Avropa ölkələrində dərin iqtisadi problemlərə,staqflasiya,resessiya,üçüncü dünya ölkələrindən kütləvi qaçqın axınına rəvac verə bilər.

Xüləs,Ukrayna müharibəsi anqlo-saksonlardan daha çox Avropa İttifaqı ölkələrini pərişan edir.Avropa liderləri hazırda Moldovada ikinci cəbhənin açılmasından ehtiyyat edirlər.Ona görə də üç Avropa lideri ehtimal ki,Zelenskiyə müharibədə atəşkəs rejimi üçün “yol xəritəsi”təqdim edəcəklər.Ukrayna tərəfi razılaşarsa,layihə daha sonra Rusiya tərəfi ilə müzakirə ediləcək.Digər bir variant isə Ukraynaya daha modern və agır silahların verilməsi ola bilər ki,o zaman müharibə illərlə davam edəcək.Bu variant Aİ ölkələrinin mənafeyinə cavab vermir.

Dəfələrlə yazdıgım kimi,müharibənin uzanması təkcə Qərb və Rusiyaya deyil,bütün dünya üçün agır problemlər yaradır;ərzaq təhlükəsizliyi,humanitar fəlakətlər və iqlim dəyişikliyi dünya üçün həll olunası daha vacib problemlərdir.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.