KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə-Yunanıstan gərginliyinin gizlinləri

Hasan Oktay: Türkiyə-Yunanıstan gərginliyinin gizlinləri

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
296 0

Türkiyə və Yunanıstan NATO-nun üzvüdür. Yunanıstan vasitəsilə Türkiyəyə təzyiq göstərmək istəyən bəzi dövlətlər Yunanıstanla Türkiyə arasındakı bu anlaşılmazlıqdan istifadə edərək gərginliyi artırırlar.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qafqazsam direktoru Hasan Oktay söyləyib.

Oktayın sözlərinə görə məhz Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına veto qoymağı qeyd etdikdən sonra Yunanıstan Türkiyəyə qarşı təxribat törətdi.

MÖVZU İLƏ BAĞLI:

NATO-ya baş katiblik niyə türklərə həvalə olunmur? – Hasan Oktaydan Alyansın ünvanına SƏRT SÖZLƏR

“Burada Ərdoğan həm İsveç və Finlandiya məsələsi, həm də Yunanıstanın son aqressiv münasibəti qarşısında öz təşəbbüsünü ələ keçirmək və gündəmi qurmaq istəyir. Eyni zamanda Ərdoğan NATO-ya “yox”demək potensialını işə salmaq və Rusiya ilə münasibətlərini daha yaxşı müstəviyə çıxarmaq istəyir.

Bu mənada Türkiyə-Rusiya münasibətlərində Qarabağı xüsusi vurğulayan türk ekspert söyləyib ki, Rusiyanın, xüsusən də Dağlıq Qarabağla bağlı ən mühüm xəbər agentliyi olan Ria Novostidə Dağlıq Qarabağla bağlı son yayımlanan neqativ hallar onu göstərdi ki, münasibətlərimiz yeni müstəviyə daşınmalıdır.

“Onların bəyanatını özlərinə sərf edəcək formada dərc etdirmələri və bu bəyanatda Rusiyanın Dağlıq Qarabağla bağlı ideyalarına uyğun sözlər söyləməsi iki il ərzində orada sülhməramlı qismində olan Rusiyanın Dağlıq Qarabağla bağlı düşündüklərini ön plana çıxmağa başladı və bu mənada Türkiyə və Azərbaycanın əsəbləri bir az da gərilməyə başladı.

Rusiya gec-tez bölgədə və dünyada əsas söz sahibi olan Türkiyə ilə hesablaşmağa başlayacaq və Türkiyə Azərbaycanın işğaldan azad etdiyi və suveren ərazisi olan Qarabağın bir daha hər hansı bir dövlət tərfindən istila edilməsinə göz yummayacaq”-deyə ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah,Bizim.Media
https://bizim.media/az/siyaset/79485/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir