KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Araik Arutyunyan “üçtərəfli”Qarabag müzakirələrində israr edərsə…

Kamal Aliyev: Araik Arutyunyan “üçtərəfli”Qarabag müzakirələrində israr edərsə…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
159 0

Baxmayaraq ki,Azərbaycan tərəfi Qarabag erməniləri ilə Bakıda,Yevlaxda,hətta Bərdədə müzakirələr asparmaq istəsə də,qarşı tərəf bundan yayınır.Araik Arutyunyan-Qurgen Nersisyan cütlüyünün hədəfi aydındır:Bakı ilə hər hansı bir təmas mütləq “üçüncü tərəfin”vasitəçiliyi ilə keçirilməlidir.
Şübhəsiz ki,Qarabagın separatçı adminstrasiyasının “üçüncü tərəf”kimi görmək istədiyi qüvvə Rusiyadır.Əslində,Rusiya da “üçüncü tərəf”obrazında olmaq üçün çox istəklidir.Belə olan halda,Kreml danışıqlar prosesinin gedişatında separatçılara təzyiq göstərərək,problemi çox asanlıqla dondura da bilər.Prinsipcə,Rusiyanın hədəfi Qarabag probleminin siyasi həllini gələcək nəsillərə saxlamaqdır.Əlbəttə ki,Bakı da Rusiyanın niyyətindən agahdır və nəyin bahasına olursa-olsun Qarabag erməniləri ilə birbaşa,vasitəçisiz təmaslara üstünlük.
Bununla yanaşı,separatçılar müzakirələr prosesində “üçüncü tərəf”kimi Qərbə də yaşıl işıq yandır.Mümkündür ki,bu istiqamətdə Ermənistanın baş naziri Nikol Paşinyanın da rolu var.
Bakı isə düşünür ki,Qarabag erməniləri ilə müzakirələrdə üçüncü tərəfin iştirakı həm onun təklif etdiyi reinteqrasiya kursuna ziddir,həm də yeni bir Minsk Qrupu bənzəri format ortaya çıxara bilər.Bu,əlbəttə ki,problemin yekun həlli yox,növbəti mənasız və perspektivsiz müzakirələr deməkdir.
Digər tərəfdən,Bakı və Qarabag erməniləri arasındakı danışıqlar prosesində vasitəçinin olması problemin həm də beynəlliləşdirilməsi deməkdir.Bu minvala,Bakı-Xankəndi danışıqlarında əlavə aktor(lar)prosesə daxil ola bilər.Bu,həm Qarabagdakı separatçı ermənilərin,həm də Ermənistan iqtidarının strateji hədəfidir.Təbii ki,Rusiya da Qarabag probleminin yekun həllini istəmir və beləliklə,Moskva,Yerevan və Qarabag separatçıları arasında maraqlar üst-üstə düşür.
Nəticə olaraq,Qarabagdakı separatçıların qarşısında iki yol var:ya Bakı ilə birbaşa,vasitəçi olmadan danışıqlara başlamaq,ya da bölgəni tərk etmək…
Onu da vurgulayım ki,Qarabag ermənilərinin bölgəni kütləvi şəkildə tərk etməsi Rusiyanın da maraqlarının əleyhinədir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir