KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Əliyevin bundan sonrakı addımları nədən ibarət olacaq?

Kamal Aliyev: Əliyevin bundan sonrakı addımları nədən ibarət olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
60 0

Nəhayət,Azərbaycanda növbədənkənar seçkilər baş tutdu və “qalib”köhnə/yeni prezident İlham Əliyevdir.Mən bu sətirləri yazarkən hələ də rəsmi nəticələr elan olunmamışdı.Ancaq rəsmi nəticələrin elan olunması o qədər də əhəmiyyət kəsb etmir.Bildiyimiz və demək olar ki,Azərbaycan cəmiyyətinə aydın olan nəticə budur ki,İlham Əliyev ölkəni 2031-ci ilə qədər idarə edəcək.Nəticəsi əvvəlcədən məlum olan seçkidən sonrakı dövr daha böyük maraq kəsb edir.
İndi ortaya maraqlı bir sual çıxır:İlham Əliyev bundan sonra həm daxili,həm də xarici siyasətdə hansı addımları atacaq?
Ermənistanla sülh müqaviləsi imzalanacaqmı və bu,harda baş tutacaq?
Azərbaycan və Qərb arasındakı gərgin münasibətlər bundan sonra necə inkişaf edəcək?
Zənnimcə,bu suallar olduqca aktualdır və bu istiqamətdəki cavablar İlham Əliyevin bundan sonra yürudəcəyi siyasi gedişlər haqqında bizə ipucu verə bilər.

Konkret olaraq daxili siyasətə gəlincə,Əliyev və onun siyasi komandasıni qarşıda ciddi problemlər gözləyir.Bunlardan ən başlıcası yuxarıda da vurguladıgım kimi,Azərbaycan və Qərb arasındakı soyuq münasibətlərin bundan sonrakı seyri olacaq.Azərbaycan və Avropa Şurası arasındakı gərginlik və bu prosesin daha da dərinləşməsi ehtimalı var.Dövlət başçısı İlham Əliyev ona işarə etdi ki,əgər AŞPA-Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bərpa edilməsə,Bakı Avropa İnsan Haqları Məhkəməsindən də çıxa bilər.Bu,Əliyevin Qərbə göstərdiyi demarş idi və o,dolayı yolla dedi ki,əgər Azərbaycanı Qərb təsisatlarından uzaqlaşdırsanız bizim alternativimiz var.Bu da heç kimə sirr deyil ki,Əliyevin nəzərdə tutdugu “alternativ”Rusiyadır.
Hətta belə qənaətə gəlmək olar ki,Bakı və Qərb arasında münasibətlər gərginləşərsə,Əliyev Azərbaycanın Kremlin nəzarətində olan KTMT və Avrasiya İqtisadi İttifaqına da üzv edə bilər.Heç şübhəsiz ki,bunlar Azərbaycan iqtidarının əlindəki təsir rıçaqlarıdır.
Digər tərəfdən,o da aydındır ki,Qərbin tətbiq edəcəyi ehtimal olunan sanksiyaları Azərbaycan iqtidarına deyil,dah çox xalq zərər vuracaq.Təbii ki,bu da Azərbaycan ictimaiyyəti arasında Qərbə simpatiyanı deyil,qəzəbi stimullaşdıracaq.Güman edirəm ki,Qərbdə də bunu dərk edirlər və hər hansı addım atmamışdan öncə daha diqqətli olacaqlar.

Azərbaycan iqtidarının daxili siyasətdə də çox ciddi addımlar atacagını da proqnozlaşdırmaq mümkündür.İqtidar komandası daxilində bəzi yerdəyişmələr və istefaya göndərilənlər də olacaq.Hüquq mühafizə orqanlarında vəzifədən azad etmələri təxmin etmək çətindir.Mümkün ehtiallardan biri təhsil naziri Emin Əmrullayevin vəzifədən azad edilməsi ola bilər.
Buna rəgmən,iqtidarın müxaluifətə qarşı “hücuma”keçəcəyini ehtimal etmək çətin deyil.Əgər seçki prosesi haqqında ATƏT-in rəyi mənfi olarsa və bundan sonra Qərbin də Əliyev iqtidarına qarşı təzyiqləri güclənərsə,o zaman hökumət müxalifətin üzərinə gedəcək.Həttə yeni həbs dalgasının başlayacagını təxmin etmək olar.Xüsusilə,iqtidar qərbpərəst siyasi qüvvələrə,vətəndaş cəmiyyətinə qarçı “səlib”yürüşünə start verə bilər.Bir daha təkrar edirəm ki,bu,Qərb və Azərbaycan arasındakı münasibətlərin taleyindən asılı olacaq.Qərb Azərbaycan iqtidarından demokratiya,insan hüquqları və siyasi məhbuslar məsələlərində real addımlar tılıb etdiyi təqdirdə,iqtidar həbs dalgasını daha da genişləndirə bilər.Həbs olunacagı ehtimal olunanlar arasında AXCP sədri Əli Kərimli də var.İqtidar son seçkidən sonra ənənəvi müxalifət partiyaları-Müsavat və AXCP haqqında da”ölçü götürmək”istəyəcək.Lakin iqtidar onun da fərqindədir kicəmiyyətdəki protest elektoratın etibar etdiyi biri olmalıdır.Bu funksiyanı hələ ki,Əli Kərimli həyata keçirir.İqtidar protest elektorata uygun bildiyi “lider”tapdıgı anda Əli Kərimli və onun partiyası haqqında da yekun qərarını verəcək.
Vətəndaş cəmiyyətinə gəlincə,iqtidara yaxın media ToplumTv adlı yutyub kanalı və aktivist Anar Məmmədlini qaralayıb.Xədicə İsmayılın həbs ediləcəyini istisna edirəm.Lakin Anar Məmmədlinin həbsi gündəmə gələ bilər.
Yenə də təkrar etmək istəyirəm ki,hər şey Əliyev iqtidarı və Qərb arasındakı münasibətlərin bundan sonrakı seyrindən asılı olacaq.

P.S. Yeri gəlmişkən,yaxın tarixdə Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir.Mümkündür ki,İlham Əliyevə son seçkidə “rəqib”olanlar yeni parlamentdə mandatla mükafatlandırılsınlar.Bundan əlavə,REAL partiyasından da 2,ya da 3 nəfərin deputat təyin olunacagını da proqnozlaşdırmaq olar.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir