KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. AŞPA-nın tarixi səhvi

AŞPA-nın tarixi səhvi

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
404 0

Hasan Oktay: “Qurumun qəbul etdiyi qərar xüsusilə PKK və FETÖ terror təşkilatları və onların tərəfdarları tərəfindən çox müsbət qarşılanıb”

“Bir növ məlum qərar onlara cəsarət verib”

Türkiyəyə qarşı Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qərəzli qərar, yanaşma qardaş ölkədə haqlı etirazlar doğurmaqdadır. Türkiyə cəmiyyəti birmənalı olaraq Avropa Şurasının Ankaraya qarşı qərəzli yanaşma ortaya qoyduğu düşüncəsindədir. Rəsmi və qeyri-rəsmi səviyyələrdə edilən bu etirazın nəticələri, Avropada artmaqda olan antiTürkiyə mövqeyinin səbəbləri və onun doğuracağı nəticələrlə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktaya müraciət etdik.

-Hasan bəy, Avropa Şurası Parlament Assambleyasının Türkiyəylə bağlı qərarını necə dəyərləndirirsiniz?

-Məlum olduğu kimi Avropa Şurası Parlament Assambleyası (AŞPA), Türkiyənin monitorinq prosesinə cəlb olunmasını tələb edilən qərar layihəsini qəbul edib. AŞPA-nın Strasburq şəhəridə keçirilən yaz sessiyasında “Türkiyədə Demokratik Təsisatların Fəaliyyəti” adlı məruzə müzakirə olunaraq, hesabatın əlavəsindəki qərar layihəsi üçün səsvermə keçirilib. Türkiyənin monitorinq prosesinə cəlb olunması ilə bağlı məsələ 45 əleyhinə 113 lehinə, 12 bitərəf səslə qəbul edilib. AŞPA-nın Türkiyə üzrə həmməruzəçiləri, estoniyalı Marianna Mikko və norveçli Ingebjorg Godskesen tərəfindən hazırlanan hesabatda Türkiyədə xüsusilə 15 İyul dövlət çevrilişi cəhdindən sonra elan edilən fövqəladə vəziyyət və bu müddət ərzində tətbiq bəzi məhdudiyyətlər, qəbul edilən qərarlar tənqid edilir, bununla demokratik təsisatların fəaliyyətinin pozulduğu iddia edilir. Heç bir əsası olmayan bu qərarın qəbul edilməsi mümkün deyil. 15 iyul hərbi qiyam və dövlət çevrilişi cəhdini Türkiyə kifayət qədər dünyaya izah etmədi. Xüsusilə Birliyi və Birləşmiş Ştatlara Türkiyə özünü izah etmədi və Qərb cəmiyyətində belə bir anlayış hakim oldu ki, Ərdoğan hökuməti 15 iyulda çevriliş cəhdi ilə üzləşib o təşəbbüsün qarşısını almadı, əksinə 15 iyul qiyamı ilə öz maraqlarını təmin etdi. Beləliklə, AŞPA-nın qəbul etdiyi qərar da bu istiqamətdədir. Halbuki qanunün yol verdiyi hallarla qiyamçılara və onların tərəfdarlarına qarşı mübarizə aparıldı. Bu prosesi bizim hökumət dünya ictimaiyyətinə izah etmədiyi üçün indi sanki Qərbdə Türkiyəyə qarşı qiyam yolu ilə maraqlarını tımin etmək anlayışı formalaşıb.

-AŞPA tərəfindən velə bir qərarın qəbul olunması Avropada bir Türkiyə duşmanlığının hədsiz dərəcəyə çatmasından xəbər vermirmi?

-Türkiyə Avropa Şurasının 1949- cu ildən bəri təsisçisi olaraq üzvüdür. Şuranın Parlament Assambleyasında belə bir qərarın qəbulu təəssüf doğurur. Türkiyə bu prosesi daha əvvəl 1996-2004-ci illər arasında yaşayıb. 22 iyun 2004=cü ildə Türkiyənin demokratiya və insan haqları məsələsində islahatları həyata keçirdiyi bildirilərək monitorinq prosesinə son qoyuldu. Beləliklə “Dialoq” prosesi başladı. Bu qərarla Türkiyə tam üzvlük üçün namizəd olduğu Avropa Birliyi ilə də müzakirə prosesinə başlamışdı. 16 Aprel referendumundan sonra Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qərar əsasında indi monitorinq prosesinin yenidən tətbiqi gündəmdədir. Bu vəziyyət Türkiyənin tam 13 il geriyə getməsi deməkdir. Türkiyənin daxili siyasəti xarici siyasətə daşıması və sonunun hara çatacağını düşünmədən danışmağın dövlət adına bir üslub halını alması, bu qərarın ayaq səslərini eşidək onun qarşısını almağa əngəl oldu. Məlum olduğu kimi Avropa Şurasından Türkiyəyə 21-23 noyabr tarixlərində bir nümayəndə heyəti gəlmişdi. Nümayəndə heyəti Türkiyədən geri qayıdarkən hazırlamış olduğu hesabatda Ankaraya qarşı monitorinq prosesinin yenidən tətbiq edilməsi istənirdi. Düzdür, hesabatda; 15 iyul dövlət çevrilişi cəhdindən sonra fövqəladə vəziyyəin elan edilməsi və hökumətə müəyyən səlahiyyətlərin verilməsi haqlı hesab oilunsa da, ancaq bu səlahiyyətlərin faktiki Konstitusiya və hüquqi sərhədlərdən çıxdığı bildirilirdi. Hesab edirəm ki, AŞPA belə bir qərar qəbul edərkən Türkiyəyə qarşı əsassız, qərəzli davranaraq tarixi bir səhv edib. Türkiyə tərəfindən qəbul edilməyib. Bu Türkiyə tərəfindən qəbul edilə bilməz.

-Avropaya demokratiya yaymagı qarşısına məqsəd qoyan bir təşkilatın antidemokratik bir mövqe ortaya qoyması ona olan etimadı, inamı heçə saymırmı?

-Əvvəla onu qeyd edim ki, AŞPA-nın qəbul etdiyi qərar xüsusilə PKK və FETÖ terror təşkilatları və onların tərəfdarları tərəfindən çox müsbət qarşılanıb, bir növ məlum qərar onlara cəsarət verib. Bir növ bu qərar 15 iyul qiyamçılarına dəstək mahiyyətində görünür. Bu qərar eyni zamanda həm Avropa Şurası, həm də Avropa Birliyinə inamı azaldır, onun nüfuzuna xələl gətirir. İngiltərənin qurumdan ayrılma qərarı ilə çətin günlər keçirən Avropa Birliyi əgər bu yolla hərəkət edərsə, ittifaqın dağılmasının da önünü açacaq. Çünki Avropa Şurasında dövlət çevrilişə dəstək mahiyyətində bir qərar qəbul eidlir. Hər nər nə qədər bu qərarın qəbul olunmasında AKP hökumətinin fərdi səhvləri, yanlış tətbiq etməsi əsas gətirilsə də, ümumilikdə cəzalandırılan Türkiyə dövlətidir.

-Dolayısıyla Türkiyəyə qarşı olan bu düşmənçiliyin arxasında nə dayanır və əsil səbəb nədir?

-Türkiyə 150 ildir davam etdirdiyi Qərbləşmə məqsədindən əl çəkməyəcək, Avropa Birliyinin norma və standartları Türkiyə üçün bir hədəf olduğu kimi bu quruma daxil olmaq indi daha çox əhəmiyyətli hala gəlib. Avropa Birliyinin Türkiyəyə qarşı mövqeyini keçmişdən, tarixdən qaynaqlanan bir xəstəlik olaraq görmək mümkündür. Amma bu qurumun Türkiyəsiz ayaqda qalma şansı yoxdur. Xüsusilə İngiltərənin ittifaqdan ayrılma qərarından sonra indi hər şeyə yenidən başlamaq lazımdır. Qeyd etdiyim kimi 22 iyun, 2004-cü ildə Türkiyənin demokratiya və insan haqları məsələsində islahatlar həyata keçirildiyi əsas götürülərək monitorinq prosesinə son verilib və “Dialoq” prosesi başlamışdı. Bu qərarla Türkiyə tam üzvlük üçün namizəd kimi Avropa Birliyi ilə müzakirə prosesinə keçmişdi. O dövrdə də AKP hakimiyyətdə idi. İndi də AŞPA keçmiş təcrübəni yenidən dövrəyə soxaraq Avropa Birliyi ilə yanlış anlaşılma böhranını həll edə bilər.

-Bəs Türkiyə bu qərara qarşı hansı adekvat tədbirlər həyata keçirə və ya cavab verə bilir?

-Əvvəla, bu qərarın qəbuledilməz olduğu bildirilməklə yanaşı, bu Türkiyədə müzakirə ediləcək, onun müsbət mənfi tərəfləri araşdıracaq və bir yol xəritəsi ortaya çıxacaq. Ümid edirik ki, Avropa Birliyi Türkiyədə olan dövlət çevrilişinə cəhdlə bağlı doğru olmayan mövqeyindən imtina edəcək. AKP iqtidarı da Avropa Birliyinin bu xətadan geri çəkilməsinə kömək etməlidir. Əvvəla, ortada bir qavrama, anlama problemi var və bu aydınlaşdırılmalıdır. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi hökumətə qarşı aparılmışdı. Avropanın iddia etdiyi kimi Türkiyə hökuməti qiyam ilə iş başına gəlməmişdi. Əsas sual və məsələ buradadır. Əgər bu anlatıla bilinsə o halda Avropa Birliyinin Türkiyəyə qarşı mövqeyi normallaşar. Əgər qısa zamanda bu yanlış anlaşılma həll edilməzsə, o zaman həm Avropa Birliyi , həm də Türkiyə bu davadan ciddi zərər görə bilər.

Süleyman
Olaylar.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir