KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Əliyev: “Üsyankar”Priqozin Putini devirə biləcəkmi?

Kamal Əliyev: “Üsyankar”Priqozin Putini devirə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
163 0

Rusiyada vəziyyət olduqca gərgindir.Daha dogrusu,bir zamanlar Putinin aşpazı,daha sonra Vaqner hərbi şirkətinin qurucusu Yevgeni Priqozin belə demək mümkünsə,Rusiya iqtidarına baş qaldırıb.Maraqlıdır ki,Priqozin birbaşa Putinin adını çəkməsə də,müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəusi V.Gerasimovu hədəfə alıb.Priqozin hətta o qədər qəzəblənib ki,50 km uzunlugundakı hərbi karvanı ilə Rostava daxil olub.
Rusiya hökumətinə yaxın media Priqozini dövlətə qarşı cinayətdə ittiham edir,federal prokurorluq ona qarşı cinayət işi qaldırıb.Görünən budur ki,Ukraynadakı müharibənin davam etməsi Rusiyanın siyasi və hərbi elitasında narahatçılıqa rəvac verib.
Əlbəttə,Priqozin 50 minlik Vaqner qüvvələri ilə Rusiyada rejim dəyişikliyinə o qədər də asan nail ola bilməz.Bunun üçün gərək Kremildəki siyasi elitanın da Putinə başqaldırması lazımdır.Təbii ki,Priqozin Moskvaya qədərki yolda ciddi müqavimətlə üzləşməszə,mümkündür ki,Putin rejiminin daxilində çatlar yaransın.
Bir məqam da əhəmiyyət kəsb edir ki,Priqozin Şoyqunu onun hərbi bazasını bombalamagda ittiham edir,hətta onu da iddia edir ki,Rusiya hakimiyyəti MKİ-nin vasitəçiliyi ilə Ukraynada təslimiyyətə hazırlaşır.Hələ ki,Priqozin özünü “vətənpərvər”kimi göstərir və bəyan edir ki,Şoyqunu Qızıl meydanda asandan sonra Ukraynaya geri dönüb mübarizəsini davam etdirəcək.
Hal-hazırda Priqozin və Rusiyanın siyasi isteblişmenti arasında davam edən qarşıdurma ABŞ-nin də diqqətindədir.Rusiyada vətəndaş müharibəsi ehtimalı və ya dövlət çevrilişinin mümkünlüyü Qərbi də düşündürür.Əgər hər hansı dövlət çevrilişi baş verərsə,siyasi hakimiyyətə daha radikal,millətçi qüvvələrin də gəlməsi gözlənilə bilər.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir