KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ərdoganla Əsəd barışacaqmı?

Kamal Aliyev: Ərdoganla Əsəd barışacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
218 0

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Ankara-Dəməşq münasibətləri indiyəcən hələ də gərgin olaraq qalır.Xüsusilə,Türkiyənin keçmiş baş naziri Əhməd Davudoglunun “Dəməşqdəki Müaviyə məscidində namaz qılacagıq”sözü,rus qırıcısının türk hərbçiləri tərəfindən vurulması və daha sonra Ankara-Moskva xəttində münasibətlərin az qala müharibə səviyyəsinə çatması son dövrlər qarşılıqlı münasibətlərin normallaşmasıyla müşahidə olunur.Daha dogrusu,Suriya prezidenti Bəşər Əsədin son açıqlamaları onu deməyə əsas verir ki,rejim Ankara ilə münasibətləri normallaşdırmaq istəyir.Bəşər Əsədə görə,əvvəlcə Türkiyə və Suriya kəşfiyyat xidmətləri danışıqlara başlamalı və daha sonra isə əlaqələr siyasi əməkdaşlıga,güclü ittifaqa çevrilməlidir.Türkiyə prezidenti Ərdogan da öz növbəsində deyib ki,siyasətdə əbədi olaraq küsülü qalmaq mümkün deyil.Türk prezidentə görə,ölkəsi çətinlik çəkdiyi dövlətlərlə münasibətlərə yenidən baxa bilər.Əslində,Ərdogan çox yaxşı dərk edir ki,Suriyadakı PKK/PYD kimi terror qruplaşmalarının fəaliyyətinə sin qoymaq üçün Əsəd hökuməti ilə bir nöqtədə anlaşmalıdır.Həm də onu da nəzərə almalıyıq ki,Türkiyədə yaşayan milyonlarla suriyalı qaçqının öz vətənlərinə qaytarılması üçün mütləq Dəməşqdəki hökumətlə anlaşmaq lazımdır.Şübhəsiz ki,Ərdogan və Əsəd arasında siyasi flörtləşmədə Rusiyanın da maragı var.Yəni,Moskva uzun müddətdir Ankara-Dəməşq arasında münasibətlərin normallaşmasına çalışır.Ərdogan iqtidarı da Suriya siyasətində ciddi səhvlər buraxdıgının fərqindədir.
Əlbəttə,Suriya və Türkiyə arasında münasibətlərin dərhal qaydasına düşəcəyini düşünmək sadəlövhlükdür.Sncaq reallıq budur ki,Əsədi 11 ildir devirmək mümkün olmadı və rejim hələ də ayaqüstdədir.Ankara da bu həqiqəti görür və dərk edir ki,Suriyanın şimalında separatçı kürdlərə qarşı ugur qazanmaq üçün mütləq Əsədlə anlaşmaq məcburiyyətindədir.Digər tərəfdən,Əsəd rejimi də onun fərqindədir ki,ölkəsinin ərazi bütpvlüyünü təmin etmək,kürd separatizminə qarşı effektiv mübarizə aparmaqdan ötrü Ankara ilə koordinasiya qurmalıdır.Belə desək,həm Ərdogan,həm də Əsəd bir-birinə möhtac olduqlarını nəhayət dərk ediblər.Buna baxmayaraq,Ankara-Dəməşq xəttində münasibətləri normallaşmasından narahat olan ABŞ var.Hazırda ABŞ öz hərbçiləri ilə Suriyanın şimalında kürd separatçılarına himayədarlıq edir.Türkiyə və Suriya arasında barışıq ən çox Vaşinqtonu narahat edəcək.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir