KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ SON BEŞ İLİN HESABATINI TƏQDİM EDİB

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ SON BEŞ İLİN HESABATINI TƏQDİM EDİB

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
342 0

Bu gün Ötən illərdə olduğu kimi Tbilsidə Gürcüstan Müsəlmanları İdarəsinin illik və son beş ilin hesabatı ilə bağlı tədbir keçirilib.
Tədbirdə din xadimləri, dövlət rəsmiləri, Azərbaycanın səfiri Dursun Həsənov, İran və Türkiyə səfirliyinin əməkdaşları və elm və ictimaiyyət xadimləri iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Dini İdarənin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev və Qərbi Gürcüstan üzrə müfti Hacı Beqlar Kamaşidze Gürcüstan Müsəlmanları İdarəsinin cari il ərzində gördüyü işlər və proqramlar haqqında danışıblar. Gürcüstan dövlətinə göstərdikləri diqqət, qayğı və dəstəkdən dolayı təşəkkür ediblər.
Son beş ilin Hesabat məruzəsi ilə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məsuliyyətdə olduqları illər ərzində İdarə tərəfindən görülmüş işlər və proqramlar haqqında ətraflı məlumat verib.
O bildirib ki, “bu illər ərzində ölkədə 15 yeni məscid inşa edilib, 170-dən çox məsciddə isə təmir işləri həyata keçib. Bir çox məscidin müxtəlif ehtiyacları təmin olunub.
GMİ şeyxi idarənin nəzdində 4 sayt və 2 internet televiziyanın fəaliyyət göstərdiyini və bu günə qədər 1000-ə yaxın verilişin yayımlandığını, 150 kitab, müxtəlif qəzet, poster və jurnalların iri tirajlarda nəşr etdirildiyini də bildirib.
Bu il GMİ həmçinin 56 məscidin təmmənnasız qazla təmin olunması üçün “SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb”.
R.İgidov bu illər ərində idarə tərəfindən həyata keçirilmiş xeyriyyə və digər sosial tədbirlər barədə də məlumat verib. O, bütün dini bayram və mərasimləri qeyd etməklə yanaşı beş il ərzində 50-yə yaxın konfrans, 70-ə yaxın elmi seminar, 50-dən çox təlim proqramları keçirildiyini bildirib.
Bunlardan əlavə bölgələrdə dini kurslar, Quran yarışları, rəsm, məqalə və kitab oxuma yarışları təşkil edilmişdir.
BGMİnin şeyx və müftiləri bir çox Asiya, Avropa və Amerika ölkələrində keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər. Artıq neçə illərdir ki, Həcc, Ümrə, Kərbəla və Məşhəd ziyarətləri də təşkil olunmaqdadır.

Daha sonra Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edib. O, ölkənin tarixində və mədəniyyətinin formalaşmasında müsəlman icmasının rolunu xüsusi qeyd edib. Bildirib ki, Gürcüstanda müsəlmanların sayı 400 min nəfərdən çoxdur və onlar ölkə əhalisinin təqribən 11 faizini təşkil edirlər. Gürcüstanda müxtəlif məzhəblərə məxsus müsəlmanlar bir təşkilatda birləşiblər və bir məsciddə ibadət edirlər.
Agentlik sədri Gürcüstan hökumətinin ölkənin müsəlman icmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək deyib: “Gürcüstan Müsəlmanları İdarəsi ölkədə ən böyük dini qurumlardan biridir və onun yüksək hüquqi statusu var. Dini Məsələlər üzrə Dövlət Agentliyi bundan sonra da idarəyə dəstək göstərməkdə davam edəcək”.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili GMİ-nin son illər həyata keçirdiyi fəaliyyətini yüksək qiymətləndirib. O, çıxışında Gürcüstan hökumətinin müsəlman icmasına dəstək və qayğısından danışaraq ölkədə yaşayan etnik azlıqların din hüquq və azadlıqlarının təmin olunduğunu qeyd edib.
Sonda Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının üzvü Camal Niyazov və Professor Mahmud Kamaloğlu Dini İdarənin fəaliyyətindən məmnunluq ifadə edərək, xoş arzularını çatdırıblar.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir