KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev: Kamal Əliyev:Bakı Vaşinqton görüşündən imtina etməklə,ABŞ-nin vasitəçiliyindən imtina etdi?

Kamal Əliyev: Kamal Əliyev:Bakı Vaşinqton görüşündən imtina etməklə,ABŞ-nin vasitəçiliyindən imtina etdi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
91 0

Dünən-noyabrın 15-də ABŞ dövləti katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi fikirlırə rəsmi Bakının sərt cavab verəcəyi məlum idi.Elə ona görə də,Azərbaycan XİN-nın açıqlamasının daha sərt tonda olacagını proqnozlaşdırmaq çətin deyildi.

Azərbaycan XİN-i amerikalı rəsmi Ceyms O’Braynın açıqlamalarını Bakı-Vaşinqton münasibətlərinə xələl gətirdiyini,açıqlamaların regionda sülh və təhlükəsizliyə zidd oldugunu bəyan etdi.Hətta Vaşinqtona verilən cavabda Bakı ABŞ-ni bu zamana qədər Ermənistanın tərəfini tutdmaqda,Qarabag separatçılarını müdafiə etməkdə ittiham etdi.Bu baxımdan,Azərbaycan tərəfi rəsmi şəkildə bəysn etmiş oldu ki, 20 noyabrda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünd əı iştirak etməyəcək.Göründüyü kimi,Bakı Qər platforması nəzdində Qranadada keçirilın görüşdın sonra Vaşinqton platformasından da imtina etdi.Müqayisə olaraq bel əı vurgulamaq olar ki,Paşinyanın Rusiyaya ardıcıl demarşlarından sonra bu dəfə Azərbaycan prezidenti İlham Əliyev də Qərb platformasından faktiki olaraq imtina etdi.Hərçənd,Yerevan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacagının mümkünlüyünü bəyan etmişdi.
Dəfələrlə dediyim kimi,Bakı və Yerevan arasında yekun sülh müqaviləsinin imzalanması üçün vasitəçilər olmadan,iki ölkənin bir masa ətrafında oturub nəticəyə gəlməsi mümkün ola bilərdi.Görünür,hələ vasitəçilər llmadan qarşılıqla dialoqa və yekun sülh müqaviləsi imzalamaga hazır deyillər.Bu nöqteyi-nəzərdən,belə qənaətə gəlmək olar ki,sülh müqaviləsinin imzalanması bir müddət gecikəcək.
Hal-hazırda,yaranan mənzərə belədir ki,Erm ə nistan tərəfi 2029-ci il 10 noyabr razılaşmasını legitim hesab etmir,Azərbaycan tərəfi də Qərb platformasındakı görüşlərdən imtina edir.Belə görünür ki,yaxın gələcəkdə sülh müqavil əısinin imzalanmaslnda pauza yaranacaq.
Birdaha Ceyms O’Braynın fikirlərinə gəlincə,onun 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi baglı dediklıri onu gpstərdi ki,Bakı və Vaşinqton arasında münasibətlər hələ bir müddət “soyuq”olacaq.
Digər tərəfdən belə bir nəticəyə gəlmək olar ki,Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesində hər vasitəçi(Qərb və Rusiya)önə çıxmaga cəhd edir.Hətta belə deyə bilərik ki,indi əsas ziddiyyətlər vasitəçilər arasındadır.Qərb və Rusiya hesab edirlər ki,sülh müqaviləsinin imzalanması prosesində “söz sahibi”olan güc tərəflərin üzərindı ciddi təsir imkanlarına sahib olacaqlar.İndi ABŞ və onun Avropadakı müttəfiqləri düşünürlır ki,Paşyandan və erməni ictimaiyyətindəki əhval-ruhiyyədən istifadə etməklə,Rusiyanın Cənubi Qaafqazdakı nüfuzunu minumuma endirə bilərlər.
Bununla yanaşı,Rusiya(həm də İran)Qərbi Cənubi Qafqaza buraxmamaq üçün dəridən-qabıqdan çıxır.Belı olan halda,yuxarıda da vurguladıgım kimi,vasitəçilərin arasındakı ziddiyyətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını yubadır.
Azərbaycan XİN-nin Vaşinqtonun ünvanına səsləndirdiyi sərt bəyanat Rusiyanın da maraqlarına cavab verir.Bununla da Rusiya onsuz Cənubi Qafqazda sülhün bərqərar olacagının qeyri-mümkün olacagını təlqin etmiş olur.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir