KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: İsveçin NATO- ya üzvlüyü siyasi alış – veriş predmetinə çevrilib: Rusiya da qazanacaq

Kənan Novruzov: İsveçin NATO- ya üzvlüyü siyasi alış – veriş predmetinə çevrilib: Rusiya da qazanacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
113 0

Türkiyə Böyük Millət Məclisindəki (TBMM) mənbə Rusiya KİV-inə bildirib ki, rəsmi Ankara ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək. Qeyd olunub ki, İsveçin NATO-ya üzvlüyü prosesi 2023-cü ilin sonuna qədər başa çata bilər.
Bildirilib ki, parlament bu məsələyə sabahdan etibarən baxacaq: “Hansısa gözlənilməz hadisə olmasa, proses ilin sonuna qədər başa çata bilər”.

Məlum olduğu kimi, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.
İsveçin Alyansa üzvlüyü əslində beynəlxalq geosiyasi prosesi dəyişdirə biləcək hadisədir. Çünki bu, faktiki olaraq Rusiyanın əsas rəqibi olan NATO-nun genişlənməsi deməkdir. Doğrudanmı, beynəlxalq geosiyasi prosesin dəyişdirilməsi indi məhz Ankaranın əlindədir?
Əvvəl də dediyimiz kimi, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsməməsinin konkret səbəbləri var. Bunun əsas səbəblərindən biri rəsmi Stokholmun terrorçuları dəstəkləməsidir. İkincisi, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə məqsədli şəkildə əngəl yaradılır. Amma bu iki məqam sadəcə Türkiyənin rəsmi şəkildə elan etdiyi səbəblərdir.
Bundan başqa, çoxlarına məlumdur ki, NATO-nun genişlənməsi Rusiyanın strateji maraqlarına ziddir. Ukraynada müharibənin başlanmasının səbəbi də məhz bu idi. Ankara NATO ilə nə qədər yaxındırsa, Moskva ilə də bir o qədər yaxındır. Türkiyə ilə Rusiya arasında çox yaxşı, qarşılıqlı maraqlara xidmət edən əlaqələr var. Bu, şəxsən liderlər səviyyəsindədir. Odur ki, Ankara NATO- ya görə Moskva ilə münasibətləri qurban vermək istəmir.
Türkiyənin İsveçə üzvlüyünü təsdiqləməsi Rusiya ilə münasibətlərə təsir edə bilər. Rəsmi Ankara bunu başa düşür. Ona görə də tələsmir. Türkiyə Rusiya ilə münasibətləri asanlıqla pisləşdirmək istəməz. Bunu yalnız bir halda- ciddi qazancı olarsa edər. Eyni zamanda NATO qarşısında elə şərtlər qoyula bilər ki, Moskva da Alyansın genişlənməsinə razı olsun. Məsələn, bu, Ukrayna və Gürcüstanla bağlı Rusiyanın maraqlarına uyğun hansısa ssenarinin reallaşması ola bilər.
Düşünürəm ki, Stokholmun NATO- ya üzvlüyü artıq siyasi alış – veriş məsələsinə çevrilib. Türkiyə sınaq qarşısındadır. Amma bu sınaqdan uğurla çıxmağı bacaracaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir