KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Tarixçi alim Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçirilmişdir

Tarixçi alim Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçirilmişdir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
279 0

Bütöv Azərbaycan Ocaqları İnformasiya Xidmətinin xəbərinə görə aprel ayının 10-da Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçirilmişdir.

“Zoom” platforması üzərindən baş tutmuş konfrans Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, pedaqoq, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimlinin anım günü ilə bağlı təşkil olunmuşdur.

Konfransın aparıcısı, Bütöv Azərbaycan Ocaqları başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli açılış çıxışında konfransın keçirilməsinin məqsədi barədə məlumat vermişdir.

Konfrans iştirakçılarından Firdovsiyyə Əhmədova, İsa Qəmbər, Əhməd Daşqın, Mirmahmud Fəttayev, Mahmud Bilgin, Hacı Həsənov, Abdulla Əmir Haşimi, Boran Əziz, Mübariz Süleymanlı, Nazim Muradov, Qasım Hacıyev, Fərəh Hüseynova, Naiba Əhmədova, Namiq Musalı, Məcid Araz, Zəkulla Bayramlı, Anar Can Kıtay, Rüfət Muradlı, Natiq Ulubəy, Xanoğlan Əhmədov və d. çıxış edərək Dilavər bəyin tarixçi alim, pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvü, eyni zamanda 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçısı kimi fəaliyyətindən, Azərbaycan tarix elmi üçün gördüyü işlərdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Bütöv Azərbaycan mücadiləsinin mübarizlərindən biri, qəlbən, ruhən Bütöv Azərbaycan mücadiləsinə bağlı insan olan Dilavər Əzimlinin vəfatı yalnız ailəsi, mənsub olduğu nəsil üçün deyil, Azərbaycan tarix elmi, Bütöv Azərbaycan mücadiləsi və eləcə də qurucu üzvü olduğu Bütöv Azərbaycan Ocaqları (BAO) üçün də böyük itkidir.

Sonda Dilavər bəyin həyat yoldaşı, tanınmış telejurnalist Arzu Qazıyeva çıxış edərək konfransın təşkilinə görə Bütöv Azərbaycan Ocaqlarına, tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Konfransda Azərbaycandan, Türkiyədən elmi-pedaqoji ictimaiyyətin, gənc nəslin nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və b. iştirak etmişlər.

BAO İnformasiya Xidməti.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir