KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rusiya ilə birlik Azərbaycana nə vəd edir?

Fuad Gahramanlı: Rusiya ilə birlik Azərbaycana nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
140 0

Azərbaycan Qərbə qarşı.

Azərbaycan get-gedə ikinci Belarusa çevrilməkdədir. Ölkədə insan hüquqları və demokratiyanın vəziyyətinə görə Belarusla aramızda bir o qədər fərq olmasa da, Azərbaycan geniş əlaqələrinə və əməkdaşlıq imkanlarına görə Qərbə daha yaxın hesab olunurdu. Son aylar ərzində isə Azərbaycanın xarici siyasətində Rusiya ilə açıq aşkar yaxınlaşma və anti Qərb ritorikasının qabarması, ənənəvi balans siyasətinin ortadan qalxdığını göstərməkdədir.

Əvvəllər dəfələrlə yazmışdıq ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi savaş dərinləşəndə Azərbaycandan da seçim tələb ediləcək. Çünki biz o zaman da hesab edirdik ki, xarici siyasətdəki haqqında çox danışılan balans siyasəti Azərbaycan hakimiyyətinin məharətinin deyil, Qərblə Rusiya arasında Qafqazda açıq rəqabətin olmamasının nəticəsidir. İndi buyursunlar öyündükləri balans siyasətini saxlaya bilirlərsə saxlasınlar, izah etsinlər görək indi bu tarazlığı niyə saxlaya bilmirlər, nədən açıq aşkar Rusiyanın yanında yer alıblar və Qərblə kəskin qarşı durma vəziyyətindədirlər?

Son bir həftə ərzində baş verənlər Azərbaycan xarici siyasətində Qərblə münasibətlərin getdikcə daha çox pisləşdiyini, gərginliyin artmasına doğru getdiyini göstərdi. Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik üzrə ali komissarı Jozef Borelin Azərbaycana xəbərdarlıq edən açıqlaması və münasibətlərə yenidın baxıla biləcəyi ilə bağlı dedikləri, heç də yalnız Ermənistana qarşı real təhlükə olması ilə bağlı deyildi. Biz dəfələrlə görmüşük ki, hətta müharibə təhlükəsi qarşısında Qərb diplomatları çox ütülü danışaraq sərt ifadələr seçməkdən yayınıblar. Bu dəfə isə üslub çox sərt idi və demək ki, məslə heç də yalnız real təhlükə ehtimalı ilə bağlı deyil. Bu məsələdə Ermənistana ehtimali edilən real təhlükənin normadan artıq qabardılması, daha çox Azərbaycanın Rusiya və İranla birlikdə Qərbin Cənubi Qafqazda güclənməsinə qarşı çıxmasına göstərilən reaksiyanın nəticəsiddir. Belə sərt münasibət ona dəlalət edir ki, Avropadan baxanda Azərbaycanın artıq əks cinahda- Qərbə qarşı Rusiyanın yanında yer alıb.

Azərbaycan bir qayda olaraq Qərblə yaranan problemləri Fransa ilə əlaqələndirərək bu yolla onu lokallaşdırarıb daxili ictimai rəyə təqdim edirdi. Ancaq Avropa Birliyinin ardınca Azərbaycanın ənənəvi müttəfiqi sayılan İngiltərənin Ermənistanla strateji müttəfiqlik barədə danışıqlara başlaması və BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan üzrə dövrü icmal çərçivəsində Bakının sərbəst toplaşmaq və ifadə azadlığını pozmağa görə tənqid etməsi, fikrimizcə heç də təsadüfi deyil və baş verənlərin arxasında Qərbin kollektivi iradəsinin durduğunu göstərir. Artıq demokratiya bir geosoyasi təzyiq aləti kimi gündəmə gəlməkdədir və bundan sonra belə reaksiyaları yəqin ki, daha çox görüb eşidəcəyik. Aydın görünür ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə bir cinahda yer alıb ABŞ və İngiltərənin birgə layihəsi sayılan birqütblü dünya düzəni ideyasına qarşı çıxması, Böyük Britaniya ilə də müttəfiqlik münasibətlərini sual altına almaqdadır. Bu gedişlə Azərbaycan hakimiyyəti Qərblə bütün ipləri qırmağa doğru gedir.

Avropa Birliyi və İngiltərənin ardınca ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Qərbin vasitəçilik etdiyi sülh danışaqlarında iştirakdan imtina etdiyinə görə, Azərbaycanla yüksək səviyyəli təmasların və ikitərəfli dialoqun dayandırıldığını öyrəndik. Əslində bu xəbər bizi gözləyən beynəlxalq təcridin miqyasını və bu təcridin çox ağır nəticələrini anons etməkdədir. Bu dinləmələrdə Qarabağdakı rus ordusunun sülhməramlı fəaliyyətinə etirazın da gündəmə gəlməsu onu göstərir ki, ABŞ Rusiyanln Azərbaycandakı hərbi varlığından ciddi şəkildə narahatdır və bunu qəbul edilməz sayır. Ən başlıcası isə müzakirələrin gedişindən belə məlum olur ki, Azərbaycanın Qarabağdakı hərbi addımları ilə bağlı müxtəlif istiqamətlərdə araşdırma və faktların toplanması üçün Dövlət Departamentində mərkəzləşdirilmiş fəaliyyət həyata keçirilir. Bu isə onun anonsudur ki, əgər Azərbaycan bundan sonra da Moskvanın vassalı kimi davranmaqda davam edəcəksə və Ermənistanla sülh razılaşmasına gəlməzssə, o zaman ABŞ Qarabağdakı müharibə faktından Azərbaycana qarşı daha sərt qərarlar vermək üçün istifadə də bilər.

Məh bunu nəzərə alaraq biz hər dəfə deməjdəyik ki, əgər Qarabağda bizim dövlət suverenliyimiz tam təmin olunubsa, ilk növbədə Azərbaycan özü maraqlı olmalıdır ki, Ermənistanla sülh müqaviləsi imzalasın və bu məsələ birdəfəlik beynəlxalq gündəmdən çıxarılsın, hər hansı formada istifadə olunmasın.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir