KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Əliyev: Arutyunyanın “çadırı” və Moskvanın hiyləsi

Kamal Əliyev: Arutyunyanın “çadırı” və Moskvanın hiyləsi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
165 0

Hər şey ondan sonra başladı ki,iyulun 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə biraraya gəldilər və iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər.Məhz bu hadisədən sonra Rusiya dərhal Qarabagdakı separatçıları aktivləşdirdi və Azərbaycana barmaq silkələməyə başladı.
Hal-hazırda Qarabag separatçılarının başçısı Araik Arutyunyanın öz iqamətgahının qarşısındakı çadırda oturması və özünü “məzlum”obrazında göstərməsinin səbəbi,məqsədi aydındır:separatçıların liderini buna sövq edən Moskvadır və Arutyunyan bununla həm də dünyaya göstərmək istəyir ki,güya Qarabagda humanitar fəlakət var.
Hərçənd,Qarabag erməniləri ərzaq ehtiyacını Agdam və yaxud Bərdədən də qarşılaya bilər.Ancaq fakt budur ki,Rusiyanın girovlugunda olan Qarabagdakı etnik ermənilər və tanınmamış adminstrasiya Moskvanın diktəsindən k əınara çıxa bilmirlər.
Üstəlik,separatçıların lideri Arutyunyan deyir ki,onlar daha “cəsarətli”,daha “sərt tədbirlər”həyata keçirəcəklər.
Şübhəsiz ki,Arutyunyana “cəsarəti”verən birmənalı olaraq,Rusiyadır.Artıq vəziyyət o həddə çatıb ki,Kremlə yaxın siyasi analitiklər açıq-aşkar Azərbaycanı 2020-ci il 10 noyabr razılaşmasının bəndlərinə əməl etmədiyini bəyan edirlər.Halbuki,məhz 2020-ci il 19 noyabr atəşkəs müqaviləsinə əsasən,rus sülhməramlıları Qarabagda yerləşdirilməsi il əı paralel olaraq,bölgədəki erməni hərbçiləri ərazini tərk etməli idilər.Görünür,Rusiya nəzarətində oldugu separatçıları əldən verməmək,Qarabagdan çıxmamaq üçün hər yola əl atacaq.Həmişə dediyim kimi,Rusiya sülhməramlı kontingenti üçün “mandat”istəyir və Qarabagdan çıxmamaq üçün “gözlənilməz”addımlara da əl ata bilər.Vaxt ötdükcə,Azərbaycan iqtidarı fərq etməyə başlayır ki,2020-ci il 10 noyabr razılaşması nə qədər təhlükəli imiş.
Göründüyü kimi,Rusiya Cənubi Qafqazdan getməmək üçün artıq təsir rıçaqlarını həyata keçirməyı başlayıb.Kreml aydın dərk edir ki,əgər 2025-ci ildə Qarabagı tərk edərsə,növbəti mərhələdə Ermənistandakı hərbi bazasını da baglamalı olacaq.Hətta o da mümkündür ki,Qərbin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanarsa,Paşinyan hökuməti ölkəsini KTMT-dən də çıxacaq.Bu baxımdan,Rusiya nəyin bahasına olursa-olsun problemin hələ uzun müddət dondurulmasında maraqlıdır.
Əslində,Araik Arutyunyanın publik “çadır”şousunun mahiyyəti bundan ibarətdir ki,yaxın perspektivdə(Ermənistanın Qarabag daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq)rus sülhməramlılarının Qarabagdakı mandatı uzadılsın,uzaq perspektivdə isə problem dondurulmuş,həll olunmamış qalsın.
Yaxın tarixdə ehtimal etmək olar ki,Rusiya Azərbaycanın Laçın postunda qurdugu nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilı baglı Bakıya təzyiqləri artsın.Və görünən budur ki,Laçın postu ilə baglı məsələdə Rusiya heç də tək deyil.Bu kontekstdə,Rusiya ilə yanaşı,bir sıra ölkələr də Laçın postu ilə baglı Azərbaycana təzyiqlərinin miqyasını və şiddətini daha da artıracaqlar.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir