KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiyanı taxıl sazişinə qaytarmaq olar

Hasan Oktay: Rusiyanı taxıl sazişinə qaytarmaq olar

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
138 0

Rusiya 2022-ci ilin 29 oktyabr tarixində Sevastopolda baş verən hücumlar səbəbindən ”taxıl sazişi”nin müvəqqəti dayandırıldığını BMT və Türkiyənin diqqətinə çatdırıb. Bundan sonra Ukrayna limanlarından gəmilərin çıxışı dayandırılıb.

Türkiyənin diplomatik təşəbbüsləri ilə taxıl daşınması noyabrın 2-də bərpa edilib. ”Taxıl sazişi” noyabrın 19-dan 120 gün müddətinə uzadılıb.
Razılaşmanın müddətinin sona çatdığı 18 martda Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin açıq qalacağını və razılaşmanın müddətinin uzadılmasına qərar verildiyini açıqlayıb.
Türkiyənin təşəbbüsləri nəticəsində taxıl sazişi may ayında bir daha uzadılıb.
May ayında qəbul edilən iki aylıq uzadılma qərarının müddəti iyulun 17-də başa çatıb.

ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ və müttəfiqləri Qara dəniz taxıl təşəbbüsünü əvəz etməyin yollarını axtaracaqlar. Lakin eyni miqyasda alternativ tapmaq asan olmayacaq:

“Rusiyanın bugünkü qərarının nəticəsi qiymətlərin qalxması oldu. Biz artıq bazarların buna reaksiyasını görürük, qiymətlər artıq qalxır. Saziş mümkün qədər tez bir zamanda bərpa edilməlidir”.

Hazırkı durumu “Sherg.az”a dəyərləndirən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib ki, Rusiyanın “taxıl dəhlizi” sazişindən çıxması dünyada ciddi ərzaq böhranına səbəb ola bilər:

“Rəsmi Moksva Qərbi günahlandırır. Çünki müqavilənin əvvəlində Rusiya taxıl məhsullarını dünya bazarına çıxaracaqdı, amma embarqo nəticəsində yararlana bilmədi. Hətta Odessa limanına qədər uzanan maye gübrə kəməri belə işləmir. Bu da birtərəfli qaydada Ukraynanın lehinə işləyir. Hər dəfə saziş uzadılması mərhələsinə gələndə Rusiyada üç partiya gəlirin silah kimi Ukraynaya qaytarılmasına etiraz edirdi. Sonuncu dəfə 1,5 ay uzadılan müqavilə dünəndən etibarən Rusiyanın müqavilədən çıxması ilə sona çatdı”.

H.Oktayın sözlərinə görə, Rusiyanı razılaşmaya qaytarmaq olar:

“Amerikanın razılaşmanın vacibliyini başa düşməsi ilə tətbiq edilən taxıl embarqosunda bir irəliləyiş əldə edilə bilər. Məsələnin Türkiyə Prezidenti R.T.Ərdoğanla Rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı ilə yenidən canlanması mümkündür.
“Taxıl dəhlizi” sazişinin başa çatması iyulun 11-12-də Vilnüsdə keçirilən NATO Sammitinin nəticəsi kimi görünsə də, heç bir əlaqəsi yoxdur. Şəhər müddətin uzadılması gündəmə gələndə etiraz etmişdi və öz taxıllarının dəhlizə axıdılmasının qarşısı alınarsa, dəhlizi tərk edəcəyini bildirmişdi”.

Aygün Tahir
https://sherg.az/aktual/232495

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir