KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. SALAM, TÜRK ORDUSU

SALAM, TÜRK ORDUSU

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
392 0

Bu müraciət dəyərli ziyalımız, alimimiz, milli, vətənpərvər insan İslam Sadıq tərəfindən hazırlanıb. Biz də onun bu təşəbbüsünü alqışlayır və milli düşərgənin bütün nümayəndələrinin adlarını bu siyahıda görmək istəyirik.
Bütöv Azərbaycan Ocaqları (BAO).
Bakı, 07 avqust 2020-ci il.
SALAM, TÜRK ORDUSU
Qardaş Türkiyə Ordusunun Azərbaycanda qalmağı bu gün bizə hava kimi, su kimi lazımdır. Türkiyə Ordusunun Azərbaycandan çıxmağı bizi havasız, susuz qoymaq deməkdir. Türkiyə Ordusu gəlməsəydi 1918-ci ildə Azərbaycan xalqı bir nəfər kimi ermənilərin törətdikləri soyqırımın qurbanı olacaqdı.
Bunu xalqımız yaxşı bilir və unutmur. “Türkiyə Ordusu Azərbaycanda qalsın” deyənlər Azərbaycanı sevənlərdir. Azərbaycan Azərbaycanı sevənlərin Vətənidir!
1. İslam Sadıq – şair, AY B-nin və AJB-nin üzvü, filologiya elmləri doktoru
2. Maşallah Məftun – şair, AY B-nin üzvü
3. Dilavər Əzimli – tarix üzrə fəlsəfə doktoru, dosent, BAO Başqanının İdeoloji məsələlər üzrə müavini
4. Seyfəddin Rzasoy – filologiya elmləri doktoru, professor
5. İlhami Cəfərsoy – filologiya elmləri doktoru
6. Nəsir Əhmədli – AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
7. Alxan Bayramoğlu – AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
8. Abid Tahirli- AYB və AJB-nin üzvü, filologiya elmləri doktoru, professor
9. Teymur İlyaslı – kimya elmləri doktoru, professor
10. Mikayıl Yanar – şair, AYB-nin üzvü
11. Dəmir Çeşməli – şair, AYB-nin üzvü
12. Tahir Talıblı – şair, AYB-nin üzvü
13. Əhməd Oğuz – şair, AYB-nin üzvü
14. Xaliq Rəhimli – şair, AYB-nin üzvü
15. Aydın Uluxanlı – şair, AYB-nin üzvü
16. Mübariz Məsimoğlu – şair, AYB-nin üzvü
17. Tofiq Qaraqaya – şair, AYB-nin üzvü
18. Dayandur Sevgin – şair, AYB-nin üzvü
19. Sahib Camal – şair, AYB-nin üzvü
20. Səfər Alışarlı – yazıçı, AYB-nin üzvü
21. Murad Köhnəqala – şair, AYB-nin üzvü
22. Məti Osmanoğlu – AYB-nin üzvü, filologiya elmləri doktoru
23. Akif Əhmədgil – şair, AYB-nin üzvü
24. Hafiz Rüstəm – şair, AYB-nin üzvü
25. Əlirza Xələfli – şair, AYB-nin üzvü
26. Ayaz Arabaçı – şair, AYB-nin üzvü
27. Əlisəmid Kür- şair, AYB-nin üzvü
28. İradə Aytel – AYB-nin üzvü
29. Əlisəfa Mehdi – jurnalist
30. Eldəniz Həsənov – AYB-nin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru
31. Əkbər Hüseynzadə
32. Qorxmaz Şıxəlioğlu – ziyalı
33. İslam Babazadə – ədəbiyyatşünas
34. Xeybər Göyallı – şair, AYB-nin üzvü
35. İlham Mazanov- filologiya üzrə fəlsəfə doktoru
36. Telman Səmədov – ziyalı, Bakı şəhəri
37. Afiq Axundov – ziyalı, Qazax rayonu
38. Əmrah Vəliyev – ziyalı, Bakı şəhəri
39. Raisə Fərəcova – Şuşa şəhəri
40. Orman Cəfərov – Şuşa şəhəri
41. Əlövsət Cəfərov – Şuşa şəhəri
42. Bayram Cəfərov – Şuşa şəhəri
43. Elnur Heydərovc- Şuşa şəhəri
44. Natiq Nəbiyev – Şuşa şəhəri
45. Məhərrəm Zeynalov – Şuşa şəhəri
46. Vüsal Şirinov – Şuşa şəhəri
47. Arzu Qarayev – Şuşa şəhəri
48. Faiq Ələkbərli- fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, BAO Başqanının Türk dünyası üzrə əlaqələr üzrə müavini
49. Zabil Bayramlı – tarix üzrə elmlər doktoru, professor
50. Boran Əziz – tarix üzrə fəlsəfə doktoru, dosent
51. Əzizağa Elsevər – tarix üzrə fəlsəfə doktoru, dosent
52. Paşa Həsənli – tarixçi tədqiqatçı, ictimai xadim, BAO Mərkəzi Şurasının sədri
53. Qələndər Muxtarlı – tarixçi tədqiqatçı, ictimai xadim
54. Rəsul Hüseynli – tarix üzrə fəlsəfə doktoru, dosent
55. Qafar Çaxmaqlı – tarix üzrə elmlər doktoru, professor
56. Əli Mustafa – hüquqşünas, ictimai xadim
57. Zəkulla Bayramlı – filologiya üzrə fəlsəfə doktoru, dosent, BAO üzvü
58. Alı Balayev – tarix üzrə fəlsəfə doktoru, dosent, BAO Başqanının Siyasi məsələlər üzrə müavini
59. Zahir Əlisoy – BAO Başqanı
60. Eldəniz Abbaslı – pedaqogika üzrə fəlsəfə doktoru, BAO-nun Mərkəzi İcra Aparatının üzvü
61. Yaşar Bəhramov – AMEA Tarix İnstitutunun elmi işçisi
62. Şahlar Hacıyev – tarixçi-araşdırmaçı, BAO Mərkəzi Şurasının üzvü
63. Asiman Əsədsoy – BAO üzvü
P.S. Sənəd imzaya açıqdır. BAO-nun rəsmi facebook səhifəsinə (@baoazerbaycan) daxil olaraq rəy (yorum, komment) yerində ad və soyadınızı, titulunuzu qeyd edə bilərsiniz.
İSLAM SADIQ
AZƏRBAYCAN-TÜRKİYƏ
Dili dilim, sözü sözüm,
Odu odum, közü közüm.
Özü özüm, canım-gözüm,
Gör boynumu kimdi qucan?
Azərbaycan Türkiyədi,
Türkiyə də Azərbaycan!
Gücünü də vuran qolum,
Ondan alıb, qurban olum.
Fərhad olub, mənim yolum
Dirənəndə dağa haçan!
Azərbaycan Türkiyədi,
Türkiyə də Azərbaycan!
Bilirsənmi sorub gedən,
Bu doğmalıq gəlir nədən?!
Biri ruhdu, biri bədən,
“Ayrılarmı könüllə can”?!
Azərbaycan Türkiyədi,
Türkiyə də Azərbaycan!
TÜRKƏ VERİN BU DÜNYANI
Qan qoxuyur yer də, göy də,
Dinən elə qan-qan deyir.
Susanların baxışları
Günahkardı xan, xan deyir.
Baxtı yatıb, yoxsa onun
Yığvalımı nəs gəlibdi.
Neçə vaxtdı bu dünyanın
Yumurtası tərs gəlibdi.
Bar üstündə yanıb gedir
Ağacların budaqları.
Barmağına həsrət qalıb
Bal tutanın dodaqları.
Gündüzlərin havası qan,
Hər gecə min ölüm doğur.
Dünya kimdən boylu qalıb,
Zülüm üstdən zülüm doğur.
Yuvasından çıxan quşu
İsti-isti güllə yeyir.
Üz-gözündən öpə-öpə
Arıları güllər yeyir.
Dünya gör nə günə qalıb,
Umuda bax, gümana bax.
Ayağını sellər yuyur,
Başındakı dumana bax.
Baş barmağı baş pərdədə,
Təzənəsi simə bənddi.
Bəsdi bircə göz qırpımı,
Hər şey bircə himə bənddi.
Hərə çəkir bir tərəfə,
Başı pozuq kənd kimidi.
Bu dünyanın şirinliyi
Zəhər dadan qənd kimidi.
Bu dünyanın hər yerində
Qanlı beşik, qanlı bələk.
Niyə, niyə bəs özünü
Mələk sayır, hamı mələk.
Yalandan şah olub çoxu,
Dünya saxta şahla dolub.
Dağda-düzdə qaçhaqaçdı,
Dərələri ahla dolub.
***
Türkə verin bu qoruğu,
Qoruq nədi yaxşı bilir.
Qoruduğu hər ağacı,
Hər qayanı, daşı bilir.
Türkə verin bu çəməni,
Bircə gülü sola bilməz.
Türkəm deyən el malına
Soyuq baxsın, ola bilməz.
Türkə verin bu bağçanı,
Tanrı barı bol verəcək.
Dörd tərəfdən bağlasalar,
Yeddi yerdən yol verəcək.
Ocağı gur olsun deyə,
Közü düzər köz üstünə.
Söz verərsən, uca tutar,
Öpüb qoyar göz üstünə.
Olanını, qalanını
Sayar dənə-dənə, bilər.
Bir sünbülü türkə versən,
Bir zəmiyə dönə bilər.
Özü dönər bir günəşə,
Gecələri gündüz eylər.
Kələ-kötür, çala-çuxur
Yolları da dümdüz eylər.
Türkün nəyi varsa, nəyi,
Bir saf, təmiz ruhdan gəlir.
Bir kökündə Tanrı durur,
Bir kökü də Nuhdan gəlir.
Türkün üzü bilib açır
Bəlkə Tanrı dan üzünü.
Kəssə, kəssə türk kəsəcək
Yer üzündən qan izini.
Sənin, onun balasını
Sevəcək öz bəbəyi tək.
Türkə verin bu dünyanı
Qorusun göz bəbəyi tək!

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir