KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə və İran İsrailə qarşı açıq mövqe ortaya qoyacaqlar

Kənan Novruzov: Türkiyə və İran İsrailə qarşı açıq mövqe ortaya qoyacaqlar

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
88 0

Çoxdan gözlənilən səfər: Türkiyə və İran İsrailə qarşı açıq mövqe ortaya qoyacaqlar
İran Prezidenti İbrahim Rəisi bu gün Türkiyəyə gedəcək. Dövlət başçıları Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün atılacaq addımları müzakirə edəcəklər.
“Qəzzadakı vəziyyət, bununla bağlı atılacaq addımlar danışıqların əsas gündəmi olacaq. Regiona humanitar yardım göstərilməsi üçün səylər də müzakirə ediləcək”, – məlumatda bildirilib.
Məlum olduğu kimi, İran Prezidentinin Türkiyəyə yanvarın 4-də planlaşdırılan səfəri İranın Kirman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salınmışdı.
Öncə onu deyək ki, ola bilsin, İran və Türkiyə liderlərinin görüşünə mane olmaq istəyən qüvvələr var. Bu, xüsusilə ABŞ ola bilər. Bu baxımdan yanvarın əvvəlində Kirmanda baş verən partlayışı təsadüfi hesab etmək olmaz.
Bu dəfə Pakistanla İran arasında bir neçə gün davam edən gərginlikdə də məqsəd məhz gözlənilən səfərin qarşısının alınması ola bilərdi.
Məsələ burasındadır ki, Qərb müttəfiqləri artıq İranın “qələmini qırıblar”. Xüsusilə Vaşinqton bütün imkanları ilə Tehranı idarə olunan vəziyyətə gətirmək istəyir. Bunun əsas səbəblərindən biri İranın nüvə silahı əldə etmək istiqamətində irəliləməsidir. Bu, əlbəttə, ABŞ-ı narahat edir.
Belə olan halda Tehranla Ankara arasında əlaqələr Vaşinqtonun maraqlarına cavab vermir. Çünki ABŞ-la Türkiyə arasında son vaxtlar ziddiyətlər olmasına baxmayaraq, hər iki dövlətin NATO üzvü olması reallıqdır. Üstəgəl, İranla Türkiyənin normal münasibətləri var. Hər iki dövlət eyni regionda yerləşir və müsəlman dövlətidir. Bu isə o deməkdir ki, Türkiyə gələcəkdə ABŞ-ın İranla bağlı planlarına mane ola bilər.
Bu günkü səfərə gəldikdə isə deməliyik ki, prezidentlərin əsas müzakirə mövzusu məhz Qəzzadakı mövcud vəziyyət olacaq. Onlar İsrailə qarşı mövqelərini açıq ifadə edəcəklər. Yəqin ki, hər iki lider, müharibənin ən yaxın vaxtda bitməsində maraqlı olduğunu deyəcək.
Əlbəttə, liderlər həm də digər regional məsələlər barədə danışacaqlar. Həmçinin Cənubi Qafqazdakı son durumun, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma əlaqələrinin müzakirə olunması mümkündür.
Düşünürəm ki, səfər konstruktiv mühitdə keçəcək və tərəflərin gələcək əməkdaşlığı üçün təkan olacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir