KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə Ukraynadakı müharibədə “oyundankənar vəziyyətdə” qalır?

Kənan Novruzov: Türkiyə Ukraynadakı müharibədə “oyundankənar vəziyyətdə” qalır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
158 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən deyib ki, Ankara Ukraynadakı müharibənin başa çatması üçün üzərinə düşəni etməyə hazırdır.
Məlum olduğu kimi, savaş 500 gündən çoxdur davam edir. Rəsmi Ankara hələ müharibə başlamazdan əvvəl belə bir fəlakətin qarşısını almağa çalışırdı. Sonrakı dövrdə isə Türkiyə bir neçə dəfə tərəfləri bir araya gətirib. Məhz Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında taxıl sazişi imzalanıb. Beləliklə, qlobal aclığın qarşısı alınıb. Bundan başqa, yenə də Ankaranın vasitəçiliyi ilə tərəflər arasında əsir mübadiləsi həyata keçirilib.
Ümumiyyətlə, Türkiyə müharibənin ən qısa müddətdə bitməsi üçün səmimi səylər göstərən, bəlkə də, yeganə ölkədir. Bunun bir neçə səbəbi var. Birincisi, rəsmi Ankaranın hər iki tərəflə normal münasibətləri var. Türkiyə balanslı davranaraq bu münasibətləri qorumağa çalışır. Təsadüfi deyil ki, Ərdoğan müharibənin ilk günündən etibarən Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirməklə yanaşı, eyni zamanda Rusiyaya haqq qazandırır. Ərdoğan dəfələrlə deyib ki, Qərb dövlətləri Moskvanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır.
İkinci bir tərəfdən Ankara yaxşı başa düşür ki, Ukraynadakı müharibə Qərbin layihəsidir. ABŞ və müttəfiqlərinin Ukraynanın əli ilə öz maraqlarını təmin etməyə çalışması Türkiyəyə yaxşı məlumdur. Ankaranın Qərblə münasibətləri nə qədər yaxşıdırsa, Rusiya ilə də o qədərdir. Bunu Ərdoğan bir neçə dəfə söyləyib. Hərçənd son vaxtlar baş verən proseslər göstərir ki, Ankara tədricən Moskvadan uzaqlaşır, Qərbə yaxınlaşır. Bu isə, şübhəsiz ki, hazırkı geosiyasi reallıqların tələbidir.
Etiraf etmək lazımdır ki, müharibənin ilk günlərində Ankaranın vasitəçilik imkanları daha çox idi. Amma bu resurslar getdikcə azalır. Türkiyənin Ukraynada sülhə nail olmaq perspektivi hazırda, demək olar, minimumdur. Rusiyanın “Taxıl sazişi”ndən çıxması və Ankara ilə Moskva arasında “əsən soyuq küləklər də” məsələyə mənfi təsir göstərməkdədir.
Buna baxmayaraq, Türkiyə vasitəçilik səylərini davam etdirməklə ilk növbədə beynəlxalq ictimaiyyət arasında mövqe ortaya qoyur, öz sözünü deyir. Bu, eyni zamanda rəsmi Ankaranın beynəlxalq imicinə də müsbət təsir edir. Hərçənd əminliklə demək olar ki, Türkiyənin bu səmimi səylərindən narahat olan qüvvələr də az deyil.
Əvvəllər də qeyd etdiyimiz hazırda müharibənin və Şərqi Avropanın taleyi xeyli dərəcədə Qərbdən asılıdır. Hər şeyi Qərbin Ukraynaya dəstəyinin taleyi həll edəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir