KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Despotizm və cəmiyyəti

Fuad Gahramanlı: Despotizm və cəmiyyəti

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
168 0

Yalnız qorxu, yoxsa, həm də bizim seçimlərimiz?

Cəmiyyətin adaptasiya qabiliyyəti tərəqqinin, inkişafın önünü kəsən çox təhlükəli bir xüsusiyyətdir. Adaptasiya olunmağı bacaran toplum həyat şərtlərini dəyişmək, öz tələblərini müdafiə etmək yerinə çalışır ki, sosial dəyərlərdən instinktiv duyğulara doğru eniş etməklə, mövcud sərt idarəçiliyə, şəraitə uyğunlaşıb öz gündəlik vərdişləri ilə həyatını davam etdirsin. Bu vəziyyəti mən həbsxanada fərqli insan qrupları üzərində illər boyu müşahidə etmişəm.

Əlbəttə ki, cəmiyyətin nəzarətdə saxlanılması, etiraz və tələblərin boğulması birbaşa siyasi rejimin sərtliyi ilə bağlı bir məsələdir. Ancaq son iki yüz ilin tarixi göstərir ki, tərəqqinin, inkişafın yolu da məhz xalqların despot iqtidarlara qarşı dirənişindən, azadlıq mübarizəsindən keçib. Əgər hakimiyyətlərin sərtliyi və zorakılığı əsas həlledici faktor olmuş olsaydı, o zaman dünyada bu gün demokratik rejimlərin sayı indikindın qat qat az, barmaqla sayılacaq qədər olmalı idi. Ona görə də rejimin sərtliyi cəmiyyətimizin bu günkü davranışlarına, yanaşmalarına bəraət qazandıra bilməz. Tarixi təəccrübə göstərir ki, siyasi rejimin sərtliyi bir çox hallarda əks nəticə doğurur. İctimai etirazları, tələbləri ifadə və təmin etməyin bütün yollarını qapayan sərt rejimlərə qarşı başqa seçim imkanı qalmayan cəmiyyətlər, bir çx hallarda çıxış yolu kimi kütləvi mübarizəyə qərar verməli olurlar.

Bu qərarı verə bilməyən, despot rejimlərin sərt qaydalarına adaptasiya olunub hüquqsuzluqla, ədalətsizliklə barışan toplumlar isə tarixinin tərəqqi prosesindən ayrı düşür, tənəzzül edirlər.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial medianın imkanları cəmiyyətin reaksiyalarını daha aydın görməyə imkan verir. Bu cür müşahidə imkanları əslində toplumların davranışının qiymətləndirilməsində qorxunun heç də yeganə həlledici faktor olmadığını göstərir. Çünki elə sahələr və məsələlər var ki, orada qorxu faktoru çəkindirici təsir göstərə, insanların davranışını müəyyən edə bilmir. Məsələn, yutub kanalında ölkənin əsas problemlərindən danışan siyasi çıxışlara baxlşla Tiktokdakı bayağı əyləncələrə kütləvi baxış arasında ikincini xeyrinə olan böyük fərqi heç də qorxu ilə izah etmək olmaz. Bu fərq cəmiyyətin siyasi şüur səviyyəsini, meyl və istəklərini aydın göstərən bir qiymətləndirmə meyarı kimi götürülə bilər. İnsanlar dinləmək istəmədikləri fikirlər, ideyalar uğrunda necə mübarizə apara bilər ki? Bütün dəyişikliklər öncə insanların, toplumların şüurunda, təfəkküründə baş verir sonra meydanda gerçəkləşir.

Bu onu göstərir ki, bu gün cəmiyyətimizin susqun davranışı, ölkədə baş verən zorakılıq və hüquqsuzluğa adaptasiya olunub təslim olmasında rejimin qorxu siyasəti ilə yanaşı cəmiyyət olaraq bizim seçimlərimiz, mənəvi və ictimai tələblərimiz, dünya görüş və siyasi şüur səviyyəmiz də müstəsna rol oynayır. Bu sahədə olan problemlər üzündən biz toplum olaraq müqavimət yolunu deyil, gündən günə sərtləşın, ağırlaşan qaydalara adaptasiya yolunu seçib despotizmin güclənməsinə şərait yaradırıq.
P. S. Cəlilin, Sabirin niyə də hələ də aktual olması, kphnəlməməsi, əslində, cəmiyyətimizin 100 il ərzində şüur əvəzinə libas dəyişməsi ilə bağlıdır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir