KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Lavrov təcrübəsizlik, yoxsa biclik etdi?: Köməkçisi ona irad tutdu, çünki…

Kənan Novruzov: Lavrov təcrübəsizlik, yoxsa biclik etdi?: Köməkçisi ona irad tutdu, çünki…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
176 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu iyulun 25-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçirilmiş üçtərəfli görüş barədə yazıb. Bildirilib ki, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir: “Canlı yayım zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun köməkçisi onun qulağına deyib ki, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətmək olmaz. Bəzilərinin fikrincə, bu, sadə, lakin effektiv manipulyasiya taktikasıdır və məqsədli şəkildə hazırlanmış ssenaridir”.
ABŞ İnstitutu kifayət qədər maraqlı məqamlara toxunub. Canlı yayımda baş verən hadisə bir neçə gündür ki, ciddi müzakirə olunur. Əslində S. Lavrov təcrübəsiz siyasətçi deyil. O, uzun illərdir ki, Rusiyanın xarici işlər naziridir. Diplomatiya sahəsində kifayət qədər “stajı” var. Bu mənada ABŞ İnstitunun iddiasının həqiqət olduğunu düşünmək olar. Lavrov “Dağlıq Qarabağ” ifadəsini işlətmək istəyəndə köməkçisi ona mane olur. Niyə? Görünür, bu yolla Moskva hər iki tərəfin xoşuna gəlmək istəyib. Nazirin yekunda “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi isə onu deməyə əsas verir ki, Moskva artıq Bakının maraqları ilə hesablaşır.
Qərb təşkilatlarının Rusiyanın vasitəçilik səylərini uğursuz hesab etməsi normaldır. Çünki tərəflər arasında vasitəçilik uğrunda mübarizə gedir. Bu mənada ABŞ İnstitunun iddiası əslində təəccüblü deyil.
Hərçənd tarixi təcrübə və proseslər göstərir ki, Rusiya Cənubi Qafqazda “düyünlərin tamamilə açılmasında” maraqlı deyil. Moskvanı düşündürən ancaq öz maraqlarıdır. Əks halda şimal qonşumuz indiyədək sülhə ciddi töhfə vermiş olardı. Təsadüfi deyil ki, indiyədək Rusiyada keçirilən görüşlərdə hansısa ciddi nəticə əldə olunmayıb.
Çoxlarına məlumdur ki, Rusiya regionda mövcudluğunu qorumağa çalışır. 2020-ci ildə baş tutan Vətən müharibəsindən sonra rus hərbçilərinin sülhməramlı qismində Qarabağa yerləşməsi də məhz buna xidmət edirdi. Bununla əlaqədardır ki, Rusiya bütün imkanları ilə sülhməramlıların fəaliyyət müddətinin uzadılmasına çalışır.
Zaman-zaman Qarabağda yaranan gərginlik də məhz sülhməramlılarının regiondakı lazımlılığını göstərməyə xidmət edir.
Əminliklə demək olar ki, Rusiya sülhməramlıların mandatının uzadılması üçün səylərini davam etdirəcək. Rəsmi Bakı isə bunun qarşısını almalıdır. Elə etməliyik ki, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxsınlar.
Avropa İttifaqının vasitəçilik səyləri fonunda “Moskvanın oxları daşa dəyir”. Bu isə Rusiyanı narahat etməmiş deyil. Yəqin ki, Rusiya səylərini bundan sonra da davam etdirməyə çalışacaq. Hərçənd bu səylərin nəticə verəcəyinə inanmıram.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir