KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Azərbaycan-Ermənistan təmas xəttinin açıqları və gizlinləri haqqında düşüncələr

Həsənbala Sadıqov: Azərbaycan-Ermənistan təmas xəttinin açıqları və gizlinləri haqqında düşüncələr

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
337 0

“Qarabağ türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ türkün poladdan biləyidir”. InterPress.ge xəbər verir ki, bunu Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli söyləyib. “Dağlıq Qarabağ və Laçın dəhlizi təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək”, – o vurğulayıb

Ermənistan bir dövlət olaraq, cəmiyyət olaraq münaqişəni, ərazi iddialarını davam etdirmək niyyətindədir. Sərhəddə baş verən son təxribatlar İrəvanın məkrli siyasətini davam etdirdiyinin sübutudur.

Ermənistanın beynəlxalq aləmə Azərbaycandan şikayətlənməsi məntiqsizdir. Çünki İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır. İki ölkə arasında olan beynəlxalq sərhədi tanımırlarsa, o zaman hansı işğaldan söhbət gedir? Azərbaycanın ərazi bütövlüyünü, sərhədini tanımamaq avtomatik olaraq Ermənistanın dövlət sərhədini ləğv edir. Saziş bağlanmayınca sərhəd yox, sadəcə təmas xətti var.

Bizdə delimitasiya və demarkasiya deyiləndə fərqli məsələlər başa düşülür. Əslində, delimitasiya və demarkasiya texniki prosesdir. Bunun hüquqi bünövrəsi olmalıdır. Hüquqi bünövrənin olması isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Ermənistan isə bundan qaçır. Səbəb də odur ki, ərazi bütövlüyünü tanıyandan sonra İrəvanın Azərbaycanın daxili işlərinə hansısa formada müdaxilə etmək hüququ olmayacaq. Ərazi bütövlüyünü tanımaq faktiki olaraq Ermənistanın Qarabağ mövzusundan uzaqlaşması deməkdir ki, İrəvan bunu istəmir.

Təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları olarsa bu bir sıra məsələlərin nəzarətdə saxlamasına imkan verərdi. Sülhməramlıların ilk nöqsanı onların müəyyən edilmiş missiyalarını yerinə yetirməməsidir. Türkiyənin sülhməramlıları olarsa bu Rusiyadan olan və sülhməramlı adlananları nəzarətdə saxlayar, Lazım olduqda onların fəaliyyətini redaktə edə bilərdilər. Möhtərəm Baxçelinin ən mühüm məziyyəti ondan ibarətdir ki, Qarabağa ümumtürk kontekstində baxaraq “Qarabağ türkdür!” deyir. Daha sonra qeyd edir ki, təmas xətti Qarabağda ola bilməz. “Qarabağ azaddır.” Baxçeli eyni ilə 44 günlük Vətən müharibəsinin əsas konsepsiyasına sadiq qalıb “Qarabağ Azərbaycandır!” deyir və sonra da əlavə edir:“Qarabağ türkün poladdan biləyidir”
Əslində 44 günlük müharibədə Azərbaycan qalib gəlib işğlçı Ermənistan rəhbərini kapitülyasiyaya imza atmağa məcbur etdikdən sonra təmas xətti iki dövlətin tarixi dünyanın tanıdığı sərhədləri olmalı idi. Qələbə Aərbaycan respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Dağlıq Qarabağ statusunu ləğv etdi”. Belə olduqda Azərbaycan və Ermənistan arasında tarixi sərhədin delimitasiyası və demarqasiyası həyata keçirilməli idi.Lakin 44 günlük Vətən müharibəsində qalib gəlsək də bir sıra xarici amillər iki dövlət arasında delimitasiya və demarkasiyanı həyata keçirməyə imkan verməmişdir. Ona görə də “Köhn təmas xətti” qəbul edilməmişdir. Müharibəddən sonra fəaliyyətdə olan “yeni müvəqqəti təmas xətti fəaliyyətdədir.”

Yeni təmas xəttindən fərqli olaraq “köhnə təmas xətti” uzun illər mövcud olmuş reallığı əks etdirir. Son zamanlar Füzuli rayonunda köhnə təmas xətti ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təmizləmə qrupunun əməliyyat meneceri 1,5 kilometr məsafədə 9 mina xətti aşkarlanıb və təmizləmə işləri başa çatıb. Təmizlənən sahələrdə müxtəlif növ minalar aşkarlanıb” Minalardan təmizlənən ərazilərə mediatur təşkil olunub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır. Bu kimi tədbirlərin keçirilməsi çox vacib olan informasiya müharibəsinin vacib şərtidir. Az da olsa ermənilərin hamiləri onların vandalizmi kölgədə qoyan haydalizmi ilə tanış olurlar.Məhz informasiya müharibəsinin nəticəsidir ki, hətta erməniləri çox sevən Fransadan gələnlər belə ermənilərin analoğu olmayan dağıntıları haqqında yazılar verirlər.
Azərbaycan respublikasının rəsmi sənədlərində də Azərbaycan-Ermənistan arasında olan təmas xətti məsələsinə toxunulmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev təmas xətti ilə əlaqədar sərəncam imzalamışdır. Orada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqındadır. Sərəncamın tələbi bundan ibarətdir ki, Azərbaycan respublikasının Nazirlər Kabineti təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Prezident təmas xətttində meydana çıxacaq təhlükələri qabaqcadan müəyyən edə bilmişdir. Sərəncama əsasən təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır. Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası vacibdir. Təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi nəzərdən qaçırılmamalıdır. Hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların paylaşılmasını daima diqqətdə saxlamaq lazımdır.

Təmas xəttində meydana çıxacaq fövqəladə hallar da yaddan çıxarılmamalıdır. Erməni kimi qonşusu olan yatmamalıdır. Bununla əlaqədar əhalinin ayıq-sayıqlığının artırılması zəruri şərtdir. Həmin zonada-təmas xəttində yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görsünlər.

Rəsmi qanunlarda jurnalistlərin təmas xəttinə akkreditasiyası məsələləri də diqqətdən qaçmamışdır. Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcəkdir.

Təmas xəttində yerli əhali içərisində təbliğat işinin təşkilinə xüsusi əhəmiyyət vermək lazımdır. Sakinlər arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti haqqına məlumatlandırıcı tədbirlər görmək lazımdır. Hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işi aparmaq lazımdır.

Təmas xəttindəki vəziyyəti və reallığı təmin etmək Müdafiə nazirliyinin əsas vəzifəsi olaraq qeyd edilmişdir. Müdafiə Nazirliyi mütəmadi olaraq təmas xəttində vəziyyət barədə doğru məlumatların əhaliyə çatdırılmasına nail olmalıdır. Nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini, mobilliyini artırmaq üçün tədbirlər görülməlidir. Kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında təmas xəttlə əlaqədar məlumatlar diqqətdə saxlanılmalıdır. Sosial şəbəkələrdə təmas xəttindəki vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsinlər. “Dövlət sirri haqqında” qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasının təşkil edilməsi barədə tapşırıq verilib. Ermənilərin əsassız və saxta informasiya müharibəsinə diversiyasına gecikmədən cavab verilməlidir. Ermənilər “azmışam” bəhanəsi ilə təmas xəttinin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsinə kəşfiyyatçılar göndərirlər. Onlardan zərərsizləşdirilir.Amma maraqlı olan erməni əsgərlərinin azad olunan ərazidə minaya düşməsidir. Çoz tex tez belə hadisələr baş verir. Azaraq Azərbaycann nəzarətində olan təmas xəttinə gələn erməni özlərinin basdırdıqlarıı minaya düşərək ölürlər.

Ermənistanın İki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib. APA-nın məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan Müdafiə naziri şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.
Azərbaycan 44 günlük müharibədə təmas xətti(əslində dövlət sərhəddi var) məsələsinə son qoysa da, göründüyü kimi, Rusiya tərəfi hələ də rəsmi bülletenlərində “Dağlıq Qarabağ”, “təmas xətti” ifadələrini işlədir. Nə vaxtadək belə olacaq?
Buna rəsmi şəkildə etiraz bildirməliyikmi? Bu həm də suverenliyimizə qarşı təhdid kimi qəbul olunmalıdır.
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dövlətimizin və hər bir vətəndaşın qırmızı cizgisidir.
Bu cizgini hansı dövlətin keçməsindən asılı olmayaraq ona ciddi reaksiyamız olmalıdır:
Bütün hallarda, Qarabağın erməni və azərbaycanlı əhalisi arasında bir müddət ayırıcı qüvvələrin yerləşməsinə ehtiyac ola bilər.Əslində qeyd və gözlənilən ciddi vəziyyətin polis tərəfindən nizamlanma imkanı da ola bilər və rus hərbçilərinə heç bir ehtiyac olmayacaqdır. Rusiya ona ehtiyac olması fikrini yaradır.
Rus qüvvələrinin tərəflər arasında ayırıcılıq missiyası ayırıcı hərbi qüvvələrin çoxmillətli olmasını və burada türk əsgərlərinin mütləq təmsil olunmasını tələb etməliyik.
“Dağlıq Qarabağ” inzibati ərazi vahidinin olmaması barədə Azərbaycan rəhbərliyi dəfələrlə bəyanat verib və bütün dünyanın bu reallığı qəbullanmasını tələb edib.
Azad olunan yerlər inzibati vahid olaraq qəbul edilməli və dünyaya bəyan edilməlidir.
İndiki təmas xətti – oranı sərhəd adlandırmaq mümkün deyil, çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar Müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir