KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İranla Azərbaycan arasında münasibətlərin normallaşması üçün bu addımları atmalıdır

Kənan Novruzov: İranla Azərbaycan arasında münasibətlərin normallaşması üçün bu addımları atmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
135 0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dünən deyib ki, rəsmi Bakı Tehranla münasibətlərin müsbət inkişafında həmişə maraqlı olub: “Səfər zamanı münasibətləri açıq müzakirə etmək imkanı oldu. İranın münasibətlərin normallaşması istiqamətində ciddi addım atmaq niyyətini hiss edirik. Azərbaycan da adekvat addımlar atacaq”.
Rəsmi Bakı nəinki İran bütün sivil dövlətlər, xüsusilə də qonşularla münasibətlərin qorunmasında və inkişafında maraqlıdır. Bu, Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biridir.
İranla münasibətlərdə yaranan gərginliyin ciddi səbəbləri var. Bu dövlətin Azərbaycana qarşı zaman- zaman sərgilədiyi aqressiv və qonşuluğu uyğun olmayan ritorika, o cümlədən sərhəddimizdə keçirilən hərbi təlimlər, İranın Ermənistanı dəstəkləməsi, həmçinin bu ölkə ərazisindəki səfirliyimizə hücum, vətəndaşlarımızın müəmmalı şəkildə itkin düşməsi qeyd edilən faktlara nümunədir. Amma münasibətlərin bərpası üçün, sözsüz ki, həmişə şans var. Bundan ötrü rəsmi Tehranın səmimi addımlar atması kifayətdir.
C. Bayramovun dediklərinə istinad etsək düşünə bilərik ki, qarşı tərəf də gərginliyin aradan qalxmasında maraqlıdır. Amma öncə Tehran öz səhvlərini düzəltməli, həmçinin regional siyasi kursuna düzəlişlər etməlidir. Səfirlimizə hücumda əli olan şəxslər ən yaxın zamanda tapılmalı və müvafiq qaydada cəzalandırılmalıdır. Habelə itkin vətəndaşlarımızın taleyi ilə bağlı Azərbaycana məlumat verilməli və onların hansı şəraitdə itkin düşdükləri aydınlaşdırılmalıdır.
Bundan başqa, İran reallıqlara uyğun davranmalı, Azərbaycanın maraqları əleyhinə addım atmamalıdır. Nəzərə almaq lazımdır ki, biz təkcə qonşu deyilik. Həm də dinimiz eynidir.
Düşünürəm ki, Azərbaycanla münasibətlərin normallaşması İranın da maraqlarına uyğundur. Çünki rəsmi Bakı hazırda Cənubi Qafqazda reallıqları diktə edən əsas siyasi aktordur.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir