KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev: Ərdoganın Ukrayna böhranındakı “bitərəfliyi”sona çatır?

Kamal Əliyev: Ərdoganın Ukrayna böhranındakı “bitərəfliyi”sona çatır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
163 0

Rusiyanın Ukraynada başlatdıgı işgal hərəkatından bu yana Türkiye “neytral”mövqe sərgiləyirdi.Bəlkə də buna “neytral”mövqe demək bir qədər sadəlövhlük olardı.Baxmayaraq ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan rusyalı həmkarı Vladimir Putinlə şəxsi dostlugundan istifadə edərək,Qərbin sanksiyalarından da uzaq duraraq Rusiya bazarına daxil olmuşdu,ancaq vəziyyət indi daha kritikdir.
Belə ki,Ukrayna prezidenti Volidimir Zelenskinin Türkiyəyə səfəri və gedərkın də Azov Taborunun 5 üzvünün özü ilə aparması Kremli əməlli-başlı qəzəbləndirib.Halbuki,5 azovçu Rusiyanın Ukraynadakı adamı Medvedçukun Miskvaya təslim edilməsi müqabilində verilmişdi və yaralı döyüşçülər müharibənin sonuna qədər Türkiyədə qalmalı idilər.O zaman belə çıxır ki,Ərdogan anlaşmanı pozub.
Ümumiyyətlə,Ərdogan “iki stulda”oturmagı sevən bir siyasətçidir.Bəlkə dı bu,onun siyasi keçmişindən,islamçı siyasətçi profilindən irəli gəlir.Yəni,Ərdogan kimi siyasi profillər siyasətdə “ikiüzlü”olmagı bir formada bacarırlar.
Əlbəttə,azovçular Ukrayna xalqının qəhrəmanlarıdırlar.Bu,birmənalı olarak belədir,ancaq Türkiyə prezidentinin məlum anlaşmanı pozması irəlidə ciddi problemlərə də səbəb olacaq.
Digər tərəfdən,Ərdogan Zelenski ilə keçirdiyi mətbuat konfransında deyir ki,Ukrayna NATO-ya daxil olmaq haqqına sahibdir.Ərdogandan fərqli olaraq,ABŞ prezidenti Co Bayden isə müharibənin davam etdiyi bir vaxtda Ukraynanın NATO-ya üzv olmasının qeyri-mümkün oldugunu deyir.
Qarşıdan NATO-nun Vilnüsdə sammiti keçiriləcək.Görünən budur ki,Vilnüs sammitində əsas mövzu İsveçin NATO-ya üzvlüyü və Türkiyə və Macarıstanın mövqeyi mühüm rol oynayacaq.NATO isə ən yaxşı halda Ukraynanın qərb hissəsini h əırbi alyansa üzvlüyünə yaşıl işıq yandıra bilər.Tarixdə bunun presedenti var.Belə ki,Almaniya Federativ Respublikası NATO üzvü olarkən,Almaniya Demokratik Respublikası üçün öhdəlik götürmüşdü.

Türkiyə hələ ki,Rusiyaya üzv çevirməz.Ancaq görünən budur ki,Ərdogan ölkəsini agır iqtisadi böhrandan qurtarmaq üçün Qərbə yanaşa bilır.Lakin Türkiyə iqtisadiyyatı qırılqan və xarici müdaxiləyə dözülməzdir.
Onu da qeyd edim ki,belə getsə,rus prezident Putin avqust ayına planlaşdırdıgı Türkiyə siyasətini təxirə sala bilər.Əgər Ankara-Moskva münasibətləri gərginləşərsə,Türkiyə Suriyada ciddi problemlərlə üzləşə bilər.Görünür,ruslar Ərdoganın “iki stulda oturmaq”manevirlərinə dözüm nümayiş etdirməyəcək.
Son hadisələr onu da göstərdi ki,siyasi islamçılar Türkiyə diplomatiyasını qeyri-peşəkar müstəviyə çəkiblər.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir