KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ağ Ev “bir daşla iki quş vurmaq istəyir”: Ermənistanın əli ilə Ukraynanı silahlandırmaqla…

Kənan Novruzov: Ağ Ev “bir daşla iki quş vurmaq istəyir”: Ermənistanın əli ilə Ukraynanı silahlandırmaqla…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
91 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb ki, Ermənistan ABŞ-nin köməyi və vasitəçiliyi ilə Ukraynaya “Toçka- U” raketləri ötürməyə razılıq verib. Bildirilib ki, belə bir iddia ilə Kremlə yaxın mənbələr çıxış ediblər: “Amma hələ ki, bu iddianı təsdiqləyəcək sübut yoxdur. Ermənistanın Ukraynaya ötürə biləcəyi silahların sayı da məlum deyil”.
Məlum olduğu kimi, İrəvanla Moskva arasında münasibətlər pisləşən templə davam edir. Onlar arasında əvvəlki əlaqələrin bərpa olunacağını düşünmək sadəlövlük olar. Kreml artıq Ermənistanın hazırkı hakimiyyətinin əlindən bezib.
İrəvanla Qərbin yaxınlaşması həm də Şərqi Avropadakı vəziyyətə təsir edir. Kollektiv Qərb Rusiyanın müharibədə qalib gəlməsini istəmir. Buna görə də bütün imkanlardan istifadə edir.
Əlbəttə, ABŞ İnstitunun iddiası reallığa uyğun olmaya da bilər. Bunun sadəcə informasiya müharibəsinin tərkib hissəsi olması da mümkündür. Bu ehtimalı istisna edə bilmərik.
Amma deyilənlərin həqiqət olması da mümkündür. Əsas məsələ heç də Ukraynaya “Toçka- U” raketlərinin verilməsində deyil. ABŞ bunu birbaşa, tranzit ölkədən istifadə etmədən də edə bilərdi. Amma tranzit ölkə kimi məhz rəsmi İrəvanın seçilməsi Moskva ilə münasibətlərdəki mövcud çatların daha da dərinləşməsinə hesablanıb. Hazırda Vaşinqton üçün prioritet məhz budur.
Beləliklə, ABŞ “bir daşla iki quş vurmaq istəyir”. ABŞ – ın Ermənistanın əli ilə Rusiyanı silahlandırması prosesi gələcəkdə özünü daha açıq göstərə bilər. Bu isə dünyadakı qütbləşmənin, həmçinin Ağ Evin regionu “qaynar qazana” çevirmək istəyinin bariz təzahürüdür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir