KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Ermənistan Qərbə,Azərbaycan isə Şərqə inteqrasiya edəcək?

Kamal Aliyev: Ermənistan Qərbə,Azərbaycan isə Şərqə inteqrasiya edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
79 0

İlham Əliyevin dekabrın 6-da ADA Universitetindəki çıxışında iki məqam diqqətimi çəkdi.

-Əliyev bəyan etdi ki,Azərbaycan heç vaxt Avropa İttifaqına üzv qəbul edilməyəcək və Bakının xarici siyasət konsepsiyasında bu qruma üzvlük məsələsi hədəf deyil.
Əlbəttə,son vaxtlar Avropa İttifaqı ilə Əliyev hökuməti arasında ciddi ixtilaflar var və bu,dərinləşməkdə davam edir.Əliyevin Aİ-nin Qranada sammitinə getməkdən imtina etməsi və faktiki olaraq Ermənistanla sülh müqaviləsini imzalamaq üçün Qərb platformasını tərk etməsi münasibətlərin hazırki vəziyyətindən xəbər verir.Hətta belə iddia etmək mümkündür ki,Azərbaycan prezidentinin Qərbə bu sayaq sərt ritorikalı demarşları Rusiyanın Cənubi Qafqazdakı geosiyasi planlarıyla üst-üstə düşür.
Digər tərəfdən,ortaya sual çıxır:İlham Əliyevin də bəyan etdiyi kimi,Azərbaycanın Aİ-yə inteqrasiya hədəfi yoxdursa,o zaman Bakının haqqında danışılan Yeni Dünya Nizamında(YDN)istiqamət götürəcəyi geosiyasi qütb hansı olacaq?
Bundan başqa,Azərbaycan yeni sistemdə “neytral”dövlət ola bilərmi? Və yaxud Azərbaycanın siyasi,iqtisadi və hərbi potensialı buna nə qədər kafidir? Fərz edirəm ki,Azərbaycan hökuməti əvvəlcə bu perspektivi dəyərləndirməlidir.

Dövlət başçısı İlham Əliyevin Ermənistanla baglı nisbətən daha üstüörtülü və diplomatik eyhamı da diqqətimi çəkdi.O,belə dedi ki,Ermənistan Rusiyanın patronajlıgından çıxıb Qərbə yaxınlaşması bu ölkə üçün qurtuluş olmayacaq və bu,daha çox “xaotik”keçid olacaq.Zənnimcə,Əliyevin bu eyhamı da tamamilə Kremlin geopolitik hədəflərini əks etdirir və əmin olmaq olar ki,bu,rusları məmnun edib.

Yuxarıda da vurguladıgım kimi,Azərbaycanın YDN-də “neytral” dövlət olmaq hədəfi varsa,(hərçənd,buna az ehtimal verirəm)o zaman öz potensialını ortaya qoymalıdır.Ancaq görünən budur ki,Nikol Paşinyanın Qərbə istiqamətlənən siyasi kursunu “bir qütbdən digərinə xaotik keçid”adlandıran Əliyev Azərbaycanı Rusiya-Çin vektoruna dogru aparır.
Görəsən,bu,Azərbaycan dövlətçiliyinin,xalqının maraqlarına cavab verirmi?
Bu barədə daha sonra yazarıq…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir