KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ “Ukraynanın çiynindən əlini götürür”: Kiyev tək qala bilər

Kənan Novruzov: ABŞ “Ukraynanın çiynindən əlini götürür”: Kiyev tək qala bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
104 0

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov NATO-nun hərbi təlimatlarının işləmədiyini bildirib. O, rəsmi Kiyevin əks-hücum üçün bəslədiyi ümidlərin özünü doğrultmadığını söyləyib.
“Həddindən artıq optimizm Kiyevin səhvidir. ABŞ-dən yardımın gecikməsi isə faciəvi deyil. Heç olmasa müəyyən qədər hərbi maliyyənin gələcəyinə ümid edirəm”, – O.Danilov vurğulayıb.
Məlum olduğu kimi, Şərqi Avropada genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Son zamanlar Qərbin, xüsusilə ABŞ-ın Ukraynaya dəstəyinin azalması ilə bağlı məlumatlar yayılır. Ümumiyyətlə, savaşın ilk ilindən fərqli olaraq artıq Qərbdə Ukraynaya dəstəklə fikir ayrılığı yaranıb. Bu, nəinki ABŞ-la Avropa İttifaqı (Aİ) arasındakı ziddiyyətlərdə, həmçinin Ağ Ev daxilindəki fikir ayrılığında özünü göstərir.
Danilovun açıqlamasında diqqət çəkən məqamlardan biri heç olmasa müəyyən qədər maliyyənin davam edəcəyinə ümidlə bağlıdır. Görünür, artıq Kiyev Vaşinqtonun dəstəyinin azaldığını qəbul edib. Ona görə məhz müəyyən qədər maliyyəyə ümid edir. Bu “müəyyən qədər” isə, çox güman, sadəcə müqavimət xarakterlidir.
ABŞ – nin Ukraynaya dəstəyinin bundan sonra artacağı gözlənilmir. Ən azından hazırkı hakimiyyətin dövründə. Əksinə, böyük ehtimalla, Vaşinqton Kiyevi döyüş meydanında tək qalmağa hazırlayır.
Danilovun və digər rəsmilərin tənqidlərinin məntiqi nəticəsi olaraq gələcəkdə Ukrayna ilə Qərb arasında münasibətlərin pisləşməsi gözləniləndir. Görünür, Kiyev də bunu gözə alır. Əks halda rəsmilər belə tənqidi fikirlər səsləndirməzdilər.
Ukraynadakı müharibə ilə bağlı ABŞ – də nələrin düşünüldüyünü, hansı planların cızıldığını dəqiq demək çətindir. Birincisi, ABŞ kifayət qədər ehtiyatlı davranır və “açıq oynamır”. İkincisi, Dövlət Departamentində, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) və Konqresdə fərqli fikirlər var. Bu fikir ayrılığı zaman- zaman özünü aydın göstərir.
Ehtimal etmək olar ki, ABŞ prezidenti Cozef Bayden gələn il ölkəsində keçiriləcək prezident seçkilərinə qədər müharibəni uzatmaq niyyətindədir. Bu, Baydenin “əlini gücləndirir”. Çünki keçmiş prezident və hazırda əsas namizəd Donald Tramp yenidən hakimiyyətə gəlsə, Şərqi Avropadakı durumla bağlı daha fərqli – Ukraynanın xeyrinə olmayan ssenari işə düşəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir