KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: ABŞ-dan Türkiyəyə qarşı “PKK kartı”- masada qalacaq

Kənan Novruzov: ABŞ-dan Türkiyəyə qarşı “PKK kartı”- masada qalacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
83 0

Son zamanlar Türkiyə Silahlı Qüvvələrinin şəhidlərinin sayı artıb. Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 şəhid verib. Bundan sonra Türkiyə ordusu terrorçulara qarşı əməliyyat keçirib. Nəticədə 50-dən çox terrorçu zərərsizləşdirilib.

Türkiyədə ordusunda şəhidlərin sayının artması keçmiş baş qərargah rəisi Yaşar Gülər milli müdafiə naziri təyin olunmasından sonrakı dövrə təsadüf edir. Amma, əlbəttə, bu, sözügedən təyinatla bağlı məsələ deyil.
Görünən odur ki, son vaxtlar Türkiyəyə qarşı hücumlar artıb. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə dəfə bu barədə danışıb. Hücumların artması təsadüfi deyil. Bunun əsas səbəbi Ankaranın müstəqil xarici siyasət kursudur. Türkiyənin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazdakı, Yaxın Şərqdəki, Şərqi Avropadakı prinsipial mövqeyi xüsusilə ABŞ-ı narahat etməmiş deyil. Bunu rəsmi Vaşinqton özü də etiraf edir.
Çoxlarına məlumdur ki, İŞİD, PKK, YPG kimi terror təşkilatları məhz ABŞ-dan idarə olunur. ABŞ bu terror təşkilatları vasitəsilə Türkiyəni zəiflətmək istəyir.

Terrorçuların son vaxtlar fəallaşması məhz Türkiyəyə qarşı aran hücumların təzahürüdür. Yəni Türkiyə şəhidlərinin qanında əslində ABŞ-ın əli var.
Əlbəttə, Türkiyə terrora qarşı mübarizəsini bundan sonra da davam etdirəcək. Rəsmi Ankara dəfələrlə, ən müxtəlif səviyyələrdə bu barədə mövqeyini ifadə edib.

Ərdoğan daha əvvəl söyləmişdi ki, terrorçular artıq Türkiyə üçün təhdid mənbəyi deyil. Bu, o deməkdir ki, mübarizə effektiv şəkildə davam edir.
Türkiyə terrorçulara qarşı mübarizə aparmaqla həm də ABŞ-ın təzyiqlərinin qarşısını alır. Əlbəttə, bu, həm də Vaşinqtonun Ankara ilə bağlı çirkin oyunlarının qarşısının alınması deməkdir.
Türkiyə Silahlı Qüvvələri bundan sonra şəhid verə bilər. Bu, təbiidir. Amma bu, Türkiyəni yolundan döndərməyəcək. Rəsmi Ankara terrorla mübarizəni davam etdirməklə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, Suriya və İraqda terror dövlətinin yaradılmasına imkan verməyəcək və ABŞ-ın təzyiqlərinin qarşısını alacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir