KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Ərdoğan bunun da öhdəsindən gələcək

Kənan Novruzov: Ərdoğan bunun da öhdəsindən gələcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
404 0

Türkiyə milli valyutasına- lirəyə qarşı təzyiqlər, şübhəsiz, Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq siyasətinə olan münasibətlə bağlıdır. Belə ki, Qərb Ərdoğanın qətiyyətini, əzmkarlığını qəbul etmək istəmir. Beləliklə, Türkiyə liderini bu yolla sındırmağa çalışır. Bəli, bu, daxildə narazılıqlara səbəb olur. Ancaq Ərdoğan mübariz siyasətçidir. O, belə təzyiqlərə, sanksiyalara öyrəşib. Ərdoğan çox çıxışlarının birində deyib ki, biz iqtisadi asılılıq müharibəsindən də qalib çıxacağıq. Bu, pafosla deyilmiş söz deyil. Ərdoğanın gücü hər kəsə məlumdur. Hakimiyyət dəyişikliyinin yaxın vaxtlarda, asanlıqla baş verə biləcəyinə inanmıram. Birincisi, ona görə ki, Türkiyənin müxtəlif İslam ölkələri, o cümlədən BƏƏ ilə əməkdaşlığı güclənir. Bu, təzyiqləri neytrallaşdırmaq üçün mühüm amildir. İkincisi, hazırkı iqtidarın tərəfdarları kifayət qədər çoxdur. Ərdoğan intensivləşdirdiyi çıxışlarında xalqın rəğbətini bir daha qazana bilir. Üçüncüsü isə, o, artıq növbəti seçkilərə hazırlaşır. Bu isə o deməkdir ki, Ərdoğan özünə və xalqına inanır. Hakimiyyət dəyişikliyindən daha çox Ərdoğanın sağlamlıq problemləri ilə əlaqədar növbəti seçkilərdə qalib gələ bilməyəcəyini düşünürəm. Ehtimal olunan hakimiyyət dəyişikliyi isə, Türkiyə- Azərbaycan münasibətlərinə köklü təsir etməyəcək. Çünki qardaş olan təkcə siyasi liderlər deyil, həm də xalqlardir. Bunu tarix bir neçə dəfə sübut edib. Sadəcə yeni siyasi liderin xarici siyasət kursundan asılı olaraq Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycanla bağlı siyasətdə müəyyən dəyişikliklər edilə bilər.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir