Azərbaycan Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilib ki, Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır. Qeyd olunub ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm edə bilmir.
Ermənistanın, demək olar, hər gün təkrarlanan təxribatları məhz sözügedən buraxılış məntəqəsi təsis edildiyi vaxta təsadüf etdi. Bu, onu deməyə əsas verir ki, Ermənistan hərbi-siyasi hakimiyyəti rəsmi Bakının bu addımını heç cür qəbul etmək istəmirlər.
Məlum olduğu kimi, buraxılış məntəqəsi ermənilərin hər iki tərəfə sərhəd keçidini təmin etməklə yanaşı, eyni zamanda Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına şərait yaradır. Bu, bizim strateji maraqlarımıza tamamilə uyğundur. Ermənistan da bunu başa düşür. Ona görə də prosesə mane olmağa çalışır.
Ümumiyyətlə, inteqrasiya prosesi davamlı sülh üçün əsasdır. Ermənistan hərbi – siyasi hakimiyyəti buna mane olmaqla həm də etimad mühitinə zərbə vurur. Deməli, rəsmi İrəvan iddia etdiyindən fərqli olaraq sülh gündəliyindən uzaq olduğunu göstərir. Şübhəsiz, uzun müddət belə davam edə bilməz. Nəzərə almaq lazımdır ki, Ermənistanın təxribatları Azərbaycanın maraqlarına uyğun deyil. Bu isə o deməkdir ki, biz alternativlər barədə düşünməli ola bilərik.
Əgər Ermənistan təhrikçi addımlarını davam etdirərsə, əlbəttə, biz buna səssiz yanaşmayacaq, cavab tədbirləri görəcəyik. Bundan ən çox əziyyət çəkən isə Ermənistan özü olacaq. Odur ki, rəsmi İrəvan addım atmazdan əvvəl nəinki iki, artıq üç dəfə düşünməlidir…
Kənan Novruzov
Kənan Novruzov: Ermənistan təhrikçi addımlarını dayandırmasa, “başı ağrıya bilər”
Daha fazla AzerbaycanAzerbaycan kategorisinden daha fazla yazı »
- Fuad Gahramanlı: AB-nin ABŞ- n yaratdığı boşluğu tutması Azərbaycan üçün nə vəd edir?
- Ararat Mirzoyan: Azerbaycan ile kalıcı barış sağlanmadıkça gerginlik riski devam eder
- Turan Rzayev: Paşinyan Azərbaycan xalqını Qurban bayramı təbrik Etti
- Armen Abazyan: Azerbaycan Milli Güvenlik Bakanı ile telefonla görüştüm
- Fuad Gahramanlı: Rusiya Azərbaycanı yenidən işğal edə bilərmi ?
İlk yorum yapan siz olun