KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. İstanbulda terrorun məhz o gün baş verməsi təsadüf deyil” – türkiyəli ekspert

İstanbulda terrorun məhz o gün baş verməsi təsadüf deyil” – türkiyəli ekspert

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
453 0

Türkiyədə uzun müzakirələrdən sonra hakim AK Partiya nəhayət yeni Konstitusiya layihəsinin parlamentin iclasına çıxara bilib. Yeni layihədə seçilmə yaşı 18-ə endirilir, deputatların sayı 550-dən 600-dək artırılır. Ölkənin əsas idarəsi isə prezidentin əlində cəmlənir, vitse-prezidentləri, digər ictimai vəzifələri də prezident təyin edir.

Prezident paralel olaraq partiya sədri ola biləcək. Prezident 5 ildən bir keçirilən seçkilərlə seçiləcək, yalnız cinayət işlədiyi halda parlamentin böyük çoxluğunun təqdimatı ilə barəsində istintaq aparıla bilər. Parlament üzvlərinin 2/3-nin dəstəklədiyi halda prezidentin işi Ali Divanın baxılmasına göndəriləcək.

Qeyd edək ki, Türkiyədə hakim partiya uzun müddətdir yeni Konstitusiya hazırlanması üzərində iş aparır, böyük mübahisə və müzakirələrə səbəb olan dəyişiklik nəhayət ki, son mərhələsinə qədəm qoyub. Bu həftə isə parlament yeni Konstitusiyanı müzakirəyə çıxaracaq. Hazırda AKP ilə yanaşı, müxalifətdəki MHP-də hökumətin Konstitusiya dəyişikliyi təkliflərini müdafiə edir. Bu səbəbdən yeni Konstitusiyanın qəbul olunması qarşısında ciddi mane artıq mövcud deyil. Yalnız bir halda, hakimiyyət deputatlarının bir qisminin qarşı çıxacağı təqdirdə layihənin qəbul olunmaması mümkündür.

Məhz yeni Konstitusiya layihəsinin parlamentə təqdim olunduğu gün İstanbulda qanlı terror aktı baş verdi. Bu hadisənin parlamentin işinə hansı təsiri ola bilər? Ümumiyyətlə, belə həssas dönəmdə Konstitusiya müzakirələri davam edəcəkmi?

Ankarada Kafkassam Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay deyir ki, 15 iyul olaylarından sonra Türkiyə yeni bir mərhələyə qədəm qoyub. Ölkədə buna qədər mövcud olan fikir ayrılıqlarının unudulduğunu və əsasən milliyyətçi və mühafizəkar (dindar – K.R.) kəsimin bir araya gəldiyini qeyd edən H.Oktaya görə, yeni Konstitusiyanın qəbulu Türkiyədə milliyyətçi və mühafizəkar camiəni ölkənin gələcəyində daha ciddi söz sahibi edəcək. Yeni Konstitusiyanın əsas nəzərə çarpan tərəfinin prezident üsul-idarəsinə keçid olduğunu xatırladan ekspert deyir ki, dəyişikliyin qəbulu üçün parlamentin dəstəyi və ondan sonrakı mərhələdə referendumda müsbət nəticə alınması lazımdır. Artıq bu prosesin ilk əsas mərhələsinin keçildiyini deyən H.Oktayın fikrincə, həmin gün İstanbulda terrorun baş verməsi təsadüf deyil: “15 iyul, ardınca iqtisadi sahədə hücum və nəhayət terrorun baş verməsi Türkiyənin qarşısını kəsməyə hesablanmış fəaliyyətdir. Bu dəyişikliyin qəbul olunması üçün ilk növbədə parlamentdə 330 millət vəkilinin səs verməsi lazımdır. Amma indi bu qədər deputatın səs verəcəyi dəqiq deyil. Hətta hakim partiyanın özündə belə bütün deputatların dəstəkləməsi şübhəlidir, çünki camaata yaxın deputatlar da var. Bu mənada 1 mart müzakirələrində olduğu kimi, bu gün də Türkiyə çox kritik bir mərhələdən keçəcək. Bildiyiniz kimi, o zaman da məclisdə çoxluğun dəstək verəcəyi gözlənilsə də, nəticə mənfi olmuşdu”.

H.Oktay deyir ki, MHP bu mərhələdə zahirən hakim partiyaya dəstək versə də, əsas məqsəd ölkənin gələcəyi ilə bağlı atılmış bir addımdır. Eyni zamanda ekspert deyir ki, bu cür provokasiya addımları, terror hadisələri Türkiyəni zəiflətməyəcək.
Kenan Rovşenoğlu Musavat gazetesi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir