KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İran siyasətinin ən güclü şəxslərindən biri önə çıxır

İran siyasətinin ən güclü şəxslərindən biri önə çıxır

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
344 0

Ayətullah Şahrudi İslam Respublikasının ən yüksək dövlət qurumuna rəhbər gətirilməsi onun şəxsiyyətini yenidən diqqət mərkəzinə gətirib

Avqustun 14-də İran ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ölkənin ən yüksək dövlət qurumu olan İslam Respublikası Nizamın Faydasını Məsləhət Şurasına sədr və baş katib vəzifələrini təsdiq edib. Qərara əsasən Ayətullah Seyid Mahmud Haşimi Şahrudi Şuranın sədri, SEPAH-ın keçmiş komandiri Möhsün Rezayi isə baş katib təyin olunub.

Qeyd edək ki, Məsləhət Şurası İranda ən yüksək dövlət qurumu hesab olunur. 35 nəfərdən ibarət Şuranın üzvləri arasında İran prezidenti, parlament və Ali Məhkəmə sədri, o cümlədən nüfuzlu din xadimləri, dövlət adamları var. Şuranın formal olaraq vəzifəsi Konstitusiyanı Mühafizə Şurası “(Şuraye Negahban) və parlament arasında qanunların təsdiqi ilə bağlı anlaşmazlıqların aradan qaldırılması, həmçinin İran ali dini liderinə siyasi və hərbi məsələlərlə bağlı məsləhət orqanı funksiyası həyata keçirir. 1988-ci ildə qurulan Şuraya 1989-cu ildən bu günə qədər bir neçə ay əvvəl dünyasını dəyişmiş Ayətullah Haşimi Rəfsəncani rəhbərlik edib.

Image result for Şahrudi

Məsləhət Şurasına Ayətullah Şahrudinin seçilməsi nəzərləri yenidən onun üzərinə cəlb edib. Məsələ ondadır ki, İranda dövlət sistemində ən yüksək Şuraya məhz Şahrudinin təyin olunması istər-istəməz bir neçə il əvvəl dövriyyədə olan Ayətullah Şahrudinin dini lider postuna namizədliyi haqqında fikirləri gündəmə gətirir. Məsələ ondadır ki. son illərdə İranın ali dini liderinin səhhətinin bir neçə dəfə pisləşməsi və yaşlanması İranda ən yüksək dövlət postuna namizədliklə bağlı iddiaları aktuallaşdırıb. Daha dəqiqi, növbəti dini liderin kimliyi mövzusu ətrafında müzakirələr aktivləşib. Hətta dini lider özü də son illərdə bir neçə dəfə bu mövzuya toxunub. İran dövlət ərkanının açıq olmasa da, yarı gizli şəkildə dini lider postuna namizəd axtarışı davam edir.

Bu namizədlər içərisində ən şanslılar sırasında Ayətullah Şahrudinin də adı hallanıb. Məsələ ondadır ki, buna qədər Haşimi Rəfsəncani, Müctəba Xomeyni, Sadiq Laricani kimi şəxslərin adı bu posta namizədlər arasında hallanıb. Ən son olaraq prezident seçkilərində əsas namizədlərdən biri olan, Məşhəd İmam Rza (ə) ziyarətgahına rəhbərlik edən keçmiş hakim Seyid İbrahim Rəisi və hazırkı prezident Həsən Ruhaninin adı hallanır. Məsələ ondadır ki, hazırkı ali dini lider bu posta gəlməzdən əvvəl İran prezidenti vəzifəsini tutduğu üçün yeni prezidentin növbəti dini lider olmaq şansı yüksək hesab olunur.
Ancaq seçkilərdə İbrahim Rəisi qalib gələ bilmədi. Və qısa müddət sonra ali dini lider ölkənin ən yüksək dövlət qurumuna bir zamanlar adı dini lider postuna namizədlikdə hallanan Şahrudini təyin etdi. Bu isə istər-istəməz Ayətullah Şahrudinin namizədliyini yenidən göz önünə gətirir.

Image result for Şahrudi

İranın ən nüfuzlu siyasətçi və dövlət adamlarından olan Ayətullah Mahmud Haşimi Şahrudi 1948-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. Babaları İranın Şahrud şəhərindən olub və dini təhsil üçün uzun illər əvvəl Nəcəfə köçüb. Ayətullah Mahmud Şahrudi Nəcəfdə doğulub və ilk təhsilini burda alıb. İslam elmlərində ən yüksək təhsil alıb. İslam aləminin böyük alimləri, Ayətullah Seyid Əbülqasim Xoyi, Seyid Məhəmməd Baqir Sədr, Ayətullah Ruhullah Xomeyni kimi alimlərdən dərs alıb. 1970-ci illərdə siyasi fəaliyyətlə məşğul olub, həbsə atılıb. İranda İslam inqilabının qələbəsindən sonra bu ölkəyə mühacirət edib. 1982-ci ildə qurulan İraq İslam İnqilabi Ali Şurasına rəhbərlik edib. 1995-ci ildə Konstitusiya Mühafizə Şurasının, eləcə də “Xubreqan” və Məsləhət Şurasının üzvü olub. Məhkəmə sistemində yüksək postlar tutub, 1999-2009-cu illərdə Ali Məhkəməyə rəhbərlik edib. Bundan başqa din alimlərindən ibarət “İstiftaat heyəti”nə rəhbərlik edib.

Şahrudi İranın hazırkı dini liderinə ən yaxın şəxslərdən biridir. Dini lider ona etibar edir. Digər tərəfdən dini dairələrdə böyük nüfuzu var, Nəcəfdə və ümumilikdə İraqda nüfuz sahibidir. Hətta bir neçə il əvvəl Şahrudinin Nəcəfdə dəftərxana qurduğu, dini məktəblərin tələbələrinə təqaüd verdiyi haqda xəbərlərin yanında onun Nəcəfdə mərceyi-təqlid (ən yuxarı üləma titulu) kimi fəaliyyət göstərməyə hazırlaşdığı və Ayətullah Seyid Əli Sistanidən sonra Nəcəf elmi hövzəsinə rəhbərlik edəcəyi ilə bağlı məlumatlar mediaya yol tapmışdı.

Image result for Şahrudi

Ancaq İraqda anadan olması, ancaq İran əsilli olması Nəcəfdə olduğu kimi İranda da Şahrudinin şanslarına təsir edir. Çünki Nəcəfin hazırkı rəhbəri Sistani də iranlıdır. Növbəti dəfə iranlının Nəcəfə rəhbərlik etməsi real görünmür. Digər tərəfdən Ayətullah Şahrudi hər nə qədər din alimi ünvanına sahib olsa da, uzun illər dövlət orqanlarına rəhbərlik edib, siyasi fəaliyyəti var. Digər tərəfdən təcrübəli dövlət adamı olması, mühafizəkar camiədə nüfuza sahib olması onun İranda ən yuxarı posta gedən yolunu necə deyərlər açır. Müctəba Xomeyni (İnqilab liderinin nəvəsi) və ya İbrahim Rəisi kimi şəxslərdən fərqli olaraq Şahrudi daha güclü siyasi və dövlətçilik təcrübəsi, üləma və mühafizəkar camiədə nüfuzu var. İraqda doğulsa da, İran əsillidir, bu da ona qarşı əks arqumentləri rədd edir. Ayətullah Şahrudinin İranda dini liderinin ən yaxınında olan ən yüksək dövlət qurumuna rəhbər təyin edilməsi onun dini liderlik postuna iddiaçılar arasında əsas şəxslərdən biri olduğu fikrini gücləndirir. Hətta bu olmasa belə, son təyinat onu göstərir ki, birinci şəxsin ən yaxın adamı olaraq keçid prosesini məhz Ayətullah Şahrudi təşkil edəcək.


Kənan Rövşənoğlu, musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir