KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İLHAM ƏLİYEV NƏDƏN NÖVBƏDƏNKƏNAR SEÇKİYƏ EHTİYAC DUYDU?

İLHAM ƏLİYEV NƏDƏN NÖVBƏDƏNKƏNAR SEÇKİYƏ EHTİYAC DUYDU?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
356 0

Azərbaycan prezidenti İlham Əliyev 3-4 günün içində ikinci (birinci strateji qərar hakim Yeni Azərbaycan Partiyasının qurultayını gözləmədən partiyadakı müavini Əli Əhmədovun açıqlaması vasitəsilə prezident seçkisində iştirak edəcəyini anons etməsi idi) strateji qərarını verdi. Azərbaycanda növbənkənar prezident seçkisi aprelin 11-də keçiriləcək.

Siyasi sabitlik var, iqtisadiyyat və sosial həyatda ciddi problemlər yoxdur, əksinə prezident də son toplantılarda vurğulayır ki, 2017-ci il Azərbaycan üçün uğurlu keçdi, qeyri-neft sektoru inkişaf edir, 4 milyard dollar əlavə vəsait qazanılıb, manat sabitliyini qoruyur.

Belə isə nədən İlham Əliyev növbədənkənar prezident seçkisinə ehtiyac duydu?

“Atlas” Araşdırmalar Mərkəzinin qənaətinə görə, prezidentin qərarının arxasında 3 amil dayanır.

Birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.

İkinci amil xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və hakimyyəti rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq.

Üçüncü amil Azərbaycanda may ayında Cumhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. Üstəgəl mayın 28-də böyük amnistiya nəzərdə tutulub. Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirən bir çox şəxsə şamil edilə bilər. Məsələn, prezident seçkisinin aprel ayında təyin edilməsi Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun may ayında azad olunması ehtimalını artırır. Əks halda İlqar Məmmədov mayda əfvdən sonra oktybar ayında prezident seçkisində iştiraka hazırlaşacaqdı. Belədə isə o prezident seçkisində iştirak etməyəcək. Rusiyanın öz oyunları olduğu kimi Qərbdəki mərkəzlərin də seçkiyə hazırlaşan İlqar Məmmədova dəstəyi arta bilərdi. Prezident növbədənkənar seçki təyin etməklə Qərbdəki mərkəzlərin də seçkiyə müdaxiləsi imkanlarını minimum endirdi.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir