KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Kərimli: Haaqa məhkəməsində Azərbaycanın Ermənistana uduzmasının məsuliyyətini Əliyev hakimiyyəti daşıyır

Ali Kərimli: Haaqa məhkəməsində Azərbaycanın Ermənistana uduzmasının məsuliyyətini Əliyev hakimiyyəti daşıyır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
234 0

BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı iddiasını qismən təmin edib və eyni tələblə Azərbaycanın Ermənistana qarşı iddiasını yekdilliklə rədd edib.

Məhkəmə Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı iddiasını təmin edib və Azərbaycan tərəfinə iş üzrə yekun qərar qəbul olunana qədər Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yük maşınlarının fasiləsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görməyi tapşırıb.

Elə eyni gündə beynəlxalq mətbuat Azərbaycan gəmisinin qadağan olunmuş Rusiya nefti ilə tutulduğu haqda məlumat yayıb.

Xəbərdar edirdik ki, Rusiya ssenarilərində iştirak etmək Azərbaycanı beynəlxalq təcridə aparır. Bizi haqlı ikən dünyanın gözündə haqsız duruma salır. Xəbərdarlıqlarımızı nəzərə almadılar. Bu da ölkə üçün acınacaqlı nəticə. Təəssüf ki, ölkəmiz üçün neqativ nəticələr hələ çox olacaq.
Bəs İlham Əliyev deyirdi ki, nəyi, necə və nə vaxt etməyi o bilir? İndi əmin oldunuzmu ki, tək adam hakimiyyəti ölkəyə yalnız problem yarada bilər?

AXCP sədri Ali Kərimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir