KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Hasan Oktay: Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi proseslər ola bilər

Hasan Oktay: Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi proseslər ola bilər

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
74 0

“Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər”.

24News.ge xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib.

O qeyd edib ki, hazırda Gürcüstanda Baş nazir dəyişikliyi və Rusiya ilə Avropa İttifaqının regiona nəzarət uğrunda mübarizəsi diqqət mərkəzindədir.

Professor Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana etdiyi son səfərdən də söz açıb və bildirib ki, bu ziyarət müəyyən mənada rəsmi Tbilisini Azərbaycanla imzalanacaq sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər:

“Regiondakı vəziyyəti nəzərə alsaq, normalda iki qonşu ölkə arasında sıradan səfər kimi dəyərləndirilməli olan Paşinyanın Gürcüstan ziyarəti hazırda xüsusi bir mahiyyətə bürünüb. Çünki Gürcüstan Türkiyə üzərindən Ermənistana gedən malların tranzit nöqtəsidir. Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh isə Gürcüstanı iqtisadi cəhətdən kənara itələyəcək. Ona görə də Gürcüstan bu sülh prosesini yaxından izləyir. Nikol Paşinyanın xüsusən də mina xəritələri ilə bağlı verdiyi açıqlamadan sonra Gürcüstana səfər etməsi müəyyən mənada Gürcüstanı bu sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər”.

Ekspert vurğulayıb ki, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir:

“44 günlük müharibədən sonra Türkiyə regional problemlərin müzakirə və həlli üçün 3+3 formatı təklif etmişdi, ancaq Gürcüstan Rusiya ilə münasibətləri pis olduğu üçün bu formatda iştirak etməmişdi. Həmçinin, İran və Rusiyanın bölgəyə baxışları ilə bağlı fikir ayrılıqları var. Bu fonda, fikrimcə, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir. Fikrimcə, Paşiyan Gürcüstana səfəri zamanı bu məsələləri müzakirə edib”, – deyə Hasan Oktay bildirib.
www.24news.ge

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir