KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Anar Esedli: Gürcü xalqına eşq olsun!

Anar Esedli: Gürcü xalqına eşq olsun!

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
111 0

Gürcüstanda hökumətin və hakim partiyanın dəstəklədiyi, xalqın “rus qanunu” adlandırdığı – “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul olunmasına qarşı gürcülər bir neçə gündür ciddi etiraz aksiyaları keçirirlər.

Bu etirazlar keçən ilin martında başlamışdı və etirazlardan sonra mövcud hakimiyyət qanun layihəsini geri götürməli olmuşdu. Tam bir il sonra, oktyabr ayında keçiriləcək parlament seçkilərinə bir neçə ay qalmış hakim partiya yenidən bu qanun layihəsinin parlamentdə qəbuluna nail olmaq istəyir.

Gürcü xalqı isə birmənalı şəkildə Avropa ailəsinin bir parçası olmaq üçün Kremlin məsləhətləri ilə hərəkət edən Bidzina İvanişvilinin avtoritar mahiyyətinə qarşı dirəniş göstərməkdədir. “Tək adam” hakimiyyətinə qarşı dirəniş göstərən xalqlar isə hər zaman alqışlanmalıdır.

Putin Rusiyasının inanılmaz bir sürətlə və ciddi hazırlanmış proqram əsasında çöküşünü izləməkdəyik. Təzyiqlər hər gün artan xətlə davam edir. Həm iqtisadi, həm də hərbi planda nəfəsliyi daralır. Lakin bu avtoritar şovinist mahiyyətli rejimin nəfəsi Qafqazda kəsiləcək. Bunu özləri də yaxşı anlayırlar və elə buna görədir ki, dörd ildir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hər cür mane olmağa çalışırlar.

Qafqaz artıq Rusiya üçün çətin cevizə çevrilməkdədir. Uzun illər Qafqazda qan tökməklə sülhü əngəlləməyə çalışan Rusiya bir gerçəyi qəbul etməlidir: bıçaq sümüyə dirənib. Paşinyana iki dəfə səs verən Ermənistan cəmiyyəti və xalqı, uzun yüzilliklər boyu davam edən xəstə erməni xülyası ilə vidalaşmağa hazırdır, yetər ki, Rusiya getsin.

Gürcü xalqının mövqeyi ortadadır. Bəli, gəlin artıq razılaşın ki, Qafqaz heç vaxt olmadığı qədər, elə rusların təbirincə desək, “крепкий орешек” (bərk ceviz) olub, Rusiyanın laxlayan dişlərinin batmadığı bir bölgəyə çevrilir.

Hər üç Qafqaz ölkəsinin xalqlarını və cəmiyyətlərini ideoloji planda ekspansionist Putin Rusiyasına qarşı diri və hazır tutmalıyıq.

Bolşeviklərdən bizə miras qalmış və sovetin “sərvəti” sayılan partokratiya, rüşvətxorluq, korrupsiya, yerlibazlıq, münasibətlərdə şiddət, təhqir, siyasi dözümsüzlük, avtoritarizm çirkabından birgə çıxmalıyıq. Tarix gerçəkliyin köküdür. Hər ölkənin bu günü və sabahı dünənindən gəlir.

Gələcəyimizin hara varacağını təxmin etmək üçün dünənimizi dəqiq bilməli və insanlarımızla paylaşmalıyıq.

Dünənimizin acı tablosunda isə olanlar budur: Rusiyanın Qafqazı işğalı və buradakı xalqları bir-birinə düşmən edib soyqırımları törətmək, demokratik dəyərlərdən uzaq tutmaq, siyasətə qarışmamasına, öz taleyinə biganə yanaşmağa nail olmaq.

Sabahımızın geosiyasi tablosu isə kəsinliklə Rusiyasız Qafqaz olmalıdır.

Bunun üçün bir daha mövqeyini ortaya qoyan Gürcü Xalqına təşəkkürlər!
Anar Esedli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir