KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyədə əcnəbilərə yaşayış icazəsi verilməyəcək?

Hasan Oktay: Türkiyədə əcnəbilərə yaşayış icazəsi verilməyəcək?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
186 0

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul hakimiyyətinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə nazirliyin bazar günü yaydığı bəyanatda bildirilir.

Qeyd edilib ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və bu siyahıya 10 bələdiyyə daxildir.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən Türkiyəli politoloq Hasan Oktay bildirib ki, ən böyük problemlər Türkiyəyə köç edən suriyalılara görə yaşanır:

alt text

“Hazırda immiqrasiya və mühacirət, xüsusilə Türkiyəyə gələn suriyalı qaçqınlar və onların sayı əsas müzakirə mövzusudur. Son seçkilərdə müxalifət iqtidarı ağır yük altında saxladı. Seçkilərdən sonra idarəolunmaz böhrana çevrilən mühacirlərlə bağlı hökumət də ciddi tədbirlər görməyə məcbur oldu”.

Onun sözlərinə görə, keçmiş daxili işlər naziri Süleyman Soylunun komandası hazırda yeni nazir tərəfindən ləğv edilir: “İmmiqrasiya İdarəsinin bütün rəsmilərinin yerinə yeni bürokratlar təyin olundu və ilk keçirdikləri iclasda bu prosesin artıq idarə oluna bilmədiyini, vətəndaşlığın kimə, necə verilməsinə nəzarətin itirildiyini bildirdilər.

Nəticədə ötən günlərdə keçirilən iclasda açıqlandı ki, İstanbul idarəolunmaz hala gəldiyindən 10 rayon və 54 məhəllədə vətəndaşlıq almış əcnəbilər istisna olmaqla, artıq yeni əcnəbilərə daimi oturum icazəsi verilməyəcək. Bu, hakim dairələr tərəfindən yayımlanan bir xəbər olduğuna görə, hələ ki cəmiyyətə tam təfərrüatlı məlumat verilməyib. Amma əminəm ki, yaxın günlərdə bu mövzu daha detallı izah ediləcək”.

Zərifə Səfərova
https://mediapost.az/turkiyede-ecnebilere-yasayis-icazesi-verilmeyecek-politoloqdan-aciqlama

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir