KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Süleymaninin qətli ilə bölgədə yeni oyun qaydaları masaya gəlir

Süleymaninin qətli ilə bölgədə yeni oyun qaydaları masaya gəlir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
326 0

İranın İslam İnqilabı Mühafizləri Korpusunun “Qüds” xüsusi təyinatlı bölmələrinin komandanı, general-leytenant Qasem Süleymaninin ABŞ hərbçiləri tərəfindən İraqda qətlə yetirilməsi Tehran-Vaşinqton rəqabətinin nəticəsidir. Pentaqonun açıqlamasında deyilir ki, bu zərbə İranın bölgədəki gələcək hücumlarının qarşısını almaq üçün vurulub.ABŞ bölgədəki hərbi-siyasi strategiyasında Tehranın pozisiyası ilə barışmalı olur. “Qüds” bölmələri ölkə xaricində əməliyyatlar apardığı üçün Süleymaninin fəaliyyəti Ağ-Evin regiondakı planlarını istədiyi kimi həyata keçirməsinə mane olan açar şərtlərdən biri idi.

Süleymani hərbi xadim kimi “Hizbullah” , HƏMƏS və şiə yönümlü silahlı dəstələrin arasında, şiə-sünni rəqabəti olan (Yəmən kimi məzhəb müharibələrinə gətirən) ölkələrdə , İŞİD və digər hərbiləşmiş terror qruplarına qarşı mübarizədə nüfuzlu sima hesab olunurdu. Xatırladaq ki, bir ildən artıqdır ki, İraq, Livan və Tehranda ölkədaxili etirazlar fasilələrlə davam edir. Məqsəd isə Tehranın bölgədəki dayaqlarını sarsıtmaqdır.
Xarici ekspertlər Süleymanini “regional təhlükəsizlik aparatının arxitektoru” , bölgədə “ilhamverici lider” adlandırır.
Süleymani birbaşa İranın dini lideri Xamneyiyə tabe idi və ondan sonra ikinci nüfuzlu persona sayılırdı. Ölkə içində siyasi ambisiyalı şəxs idi. Ölkə üçün kritik situasiyalarda hakimiyyəti ələ alıb prosesləri cəsarətlə idarə edə biləcək bir persona kimi dəyərləndirilirdi. Süleymaninin qətli ilə İranda daxili iğtişaşların intensivliyinin artacağını gözləmək lazımdır.
BBC-nin biri üçün qəhrəman,digəri üçün terrorçu olan bu şəxs haqda xasiyyətnaməsi diqqət çəkir : “Süleymani İranın Yaxın Şərqdə nəhəng ambisiyalarının strateji ilhamvericisi və ən möhtəşəm hərbi fiquru , sülh və müharibə məsələlərində ölkənin xarici işlər naziri sayılırdı. Onun hazırladığı gizli əməliyyatda bütün bölgənin könüllülər şəbəkəsi iştirak edirdi.”
Süleymani İsrailə qarşı hücumları idarə edən şəxs kimi israillilərin bir nömrəli düşməni idi. Generalın fiziki cəhətdən məhv etmək üçün İsrailin güc qurumları dəfələrlə cəhd etsə də, bu baş tutmamışdı. Dəfələrlə Süleymanının ölümü haqda məlumat yayılıb, sonra isə təkzib olunmaqla generalın obrazında “güllədəyməz” imici gücləndirilirdi.

Süleymaninin öldürülməsi ilə İranın regionda və ölkə daxilində siyasi , hərbi nüfuzuna zərbə vuruldu. Bölgədə yeni oyun qaydaları masaya gələcək. Bu arada, qeneralın ölümü ilə dünyada neftin qiyməti 4%-dən artıq qalxıb. Bu isə Süleymaninin bölgədə əhəmiyyətli persona olmasını təsdiqləyən şərtlərdən biridir.

Gülnara İnanc, “Etnoqlobus” beynəlxalq onlayn analitik mərkəzinin direktoru, ekspert

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir