KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Bu, Bakıya qazanc gətirəcək

Hasan Oktay: Bu, Bakıya qazanc gətirəcək

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
377 0

“Rusiyanın Donbas bölgəsini – qondarma Donetsk və Luqansk respublikalarını tanımasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri ayrıca bir müzakirə mövzusudur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin Moskva səfərindən əvvəl Kiyevə səfəri gerçəkləşmişdi. Prezident İlham Əliyevin Ukraynaya səfəri də ciddi müzakirə mövzusu olmuşdu. Hətta həmin səfərdən Rusiya Prezidenti Vladimir Putinin məlumatlı olub-olmadığı, eləcə də Amerika Birləşmiş Ştatlarının istəyi ilə baş tutması məsələsi gündəmə gətirilmişdi. Əslində, hər iki səfər Azərbaycan üçün önəmli məsələləri özündə ehtiva edir”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay söyləyib.

O bildirib ki, 2021-ci ilin 15 iyununda Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi:

“Azərbaycan bir millət, iki dövlət ifadəsinin hakim olduğu Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı. Amma Türkiyə bir NATO dövlətidir. Yəni, Şuşa Bəyannaməsi həm də bir NATO dövləti ilə imzalanan sazişdir. Bu, böyük bir nailiyyətdir. İddialara görə, bu gün Moskvada imzalanacaq bəyannamə də Bakıya qazanc gətirəcək”.

Tural Turan
https://publika.az/az/news/siyaset/385813

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir