KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Rusiya – Ukrayna müharibəsi daha da genişlənir?

Hasan Oktay: Rusiya – Ukrayna müharibəsi daha da genişlənir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
237 0
Mayın 30-da pilotsuz təyyarələr Moskva və Moskva vilayətinə hücum edib. Moskva meri Sergey Sobyanin “bir neçə binaya cüzi ziyan dəydiyini” təsdiqləyib.
Verilən məlumata görə, hücuma səkkiz təyyarə tipli pilotsuz uçuş aparatı cəlb edilib.
Məsələ ilə bağlı Ednews- a danışan britaniyalı politoloq Neil Watson müsahibəsində bildirib ki, Ukrayna və onun tərəfdarları rusları qorxutmağa çalışır.
“Moskvanın mülki ərazilərində PUA-ların əhəmiyyətli dərəcədə yerləşdirilməsi ilk dəfə Rusiya-Ukrayna münaqişəsində baş verib, onun məqsədi Putinin iqamətgahı yaxınlığında yaşayanları qorxutmaq olub. Ukraynanın özü mülki ərazilərə zərbələr endirən ABŞ-ın tövsiyələrinə zidd olan iştirakını inkar edir, lakin bu addımı alqışladığını bildirir. Bu, Ukrayna PUA-larının Ukraynanın Rusiyanın nəzarətində olan hissələrinə və Rusiyanın özündə hücumlarından sonra baş verib. İnanıram ki, Ukrayna və onun tərəfdarları rusları qorxutmağa, Putinə və onun Ukrayna ərazilərini işğal etməsinə daxili dəstəyi azaltmağa və son nəticədə münaqişənin sonunu tezləşdirməyə çalışırlar”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oktay-ın fikrincə isə belə hadisələrin baş verməsi iki ölkə arasında böhranı getdikcə böyüyür.
“Ukrayna ilə Rusiya arasında böhran getdikcə daha da dərinləşir. Müharibə 1,5 ilə yaxındır ki, davam edir və bu zaman ərzində herç bir uğur əldə olunmayıb.  Ukrayna müharibəni Rusiya ərazisinə keçirməklə bütün dünyanın diqqətini ora yönəltmək istəyir. Bu səbəbdən də zaman-zaman Rusiya torpağında müxtəlif hücumların, terror aktlarının şahidi oluruq. Krım körpüsünün partladılması, Kreml üzərində pilotsuz uçuş aparatlarının əməliyyatı və Rusiyanın müxtəlif bölgələrində son bir həftə ərzində strateji nöqtələrə endirilən zərbələr müəyyən mənada müharibənin Ukraynadan Rusiyaya sürətlə yayılma ehtimalından xəbər verir”.
Professor bildirib ki, Rusiyadakı strateji nöqtələrə PUA hücumları rus xalqı ilə Putin arasında etimadı sarsıtmaq üçün həyata keçirilir.
“Rusiyanın Qara dənizdəki strateji neft obyektlərinə hücumlar, hava limanlarının bombardmanları və Moskvadakı yaşayış məntəqələrinə pilotsuz təyyarələrin zərbələri rus xalqı ilə Putin arasında etimadı sarsıtmaq üçün həyata keçirilir. Çünki Moskvanın təhlükəsizliyini təmin edə bilməyən Ukrayna ilə müharibədə Rusiyanın özünü xarici təhlükədən necə qoruyacağı ilə bağlı şübhələr var. Bu pilotsuz uçuş aparatlarının uçuş məsafəsini nəzərə alsaq, onların Ukrayna ərazisindən qalxıb Moskvaya uçması praktiki olaraq mümkün deyil, çünki bütün xüsusi xidmət orqanları Moskva ətrafında yerləşdirilib və çox güman ki, onlar bu əməliyyatları Rusiya ərazisində həyata keçirəcəklər. Ciddi yanaşmaq lazımdır ki, Rusiyanın demək olar ki, bütün strateji regionları terror hücumlarına açıqdır, xüsusən də Rusiyanın çəkindirici vasitə kimi Belarusda nüvə başlıqlarının yerləşdirilməsi məsələsini gündəmə gətirdiyi bir vaxtda. Başqa bir fikrə görə, bu hücumları Rusiyanın özü təşkil etdiyi və yaxın günlərdə Ukraynaya qarşı böyük hücumun psixoloji infrastrukturunu formalaşdırdığı iddia edilir. Hər iki nöqteyi-nəzərdən, yaxın günlərdə böyük müharibə ilə üzləşə bilərik”.
Nurlana Hacıyeva
https://ednews.net/az/news/world/597753-rusiya-ukrayna-muharibesi-daha-genislenir?fbclid=IwAR0jsIBcVUY2R_qD5hbqGk5XCFh-XUNbUADl4_JS5jEdKVKxTljl4XQmnKA

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir