KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Əliyev-Paşinyan görüş günü müdafiə nazirinin “hazır olun” əmri

Aqşin Kərimov: Əliyev-Paşinyan görüş günü müdafiə nazirinin “hazır olun” əmri

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
124 0
İlham Əliyevlə Nikol Paşinyan arasında Kişineuda keçiriləcək görüşə saatlar qalmış müdafiə naziri Zakir Həsənovun Ordunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə görüşündə verdiyi tapşırıqlar təsadüf sayıla bilməz.
Həsənovun tapşırıqlarında vacib xətt:
– Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni separatçıların yarada biləcəyi təxribatın qarşının alınmasına hazır olsunlar.
Bu, mümkün antiterror əməliyyatlarının anonsu hesab edilə bilər.
Paralel olaraq Azərbaycan-Ermənistan sərhədindəki əməliyyat şəraiti təhlil edilib.
Əliyev-Paşinyan görüşü günü Müdafiə Nazirliyinin bir daha şərti sərhəd ifadəsindən istifadə etməsi “danışıqlar nəticəsiz qalarsa, Ordumuz döyüş tapşırıqlarını icra edəcək” mesajının əyanıdır.
Moldovanın paytaxtındakı danışıqlarda Paşinyanı, müzakirələrin digər iştirakçılarını Azərbaycanın real hərbi güc tətbiq etməsinə inandırmaq üçün Müdafiə Nazirliyinin yaydığı informasiya yaxşı psixoloji təzyiqdir.
Kişineu müzakirələrindən çıxan nəticələr Azərbaycanın atacağı addmların səmtini müəyyən edəcək:
– Paşinyan Əliyevin şərtlərini qəbul edib boynuna yük götürsə, Bakı danışıqların tempini saxlayacaq,
– Paşinyan nala-mıxa vurub İrəvanın sülh üçün müvazinətini itirdiyini göstərsə, Azərbaycan Ordusu görüşdən sonra dövriyyəyə girə bilər.
İlham Əliyevin bir neçə gün öncə Laçından səsləndirdiyi bəyanatlar fonunda güc tətbiqi amili aktuallıq qazanır.
Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir