KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Sent Ekzüperinin Balaca Şəhzadəsi erməniləri tanıyırmış?

Həsənbala Sadıqov: Sent Ekzüperinin Balaca Şəhzadəsi erməniləri tanıyırmış?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
405 0

Son günlərdə necə oldusa Sent Ekzüperinin “Balaca Şəhzadı” əsərini təsadüfən bir də oxudum. Balaca Şəhzadənin nə qədər böyük mətləblərdən söhbət açdığını bu gün anladım. Mən əvvəllər bu əsərə bu bucaq altında etiraf edim ki, baxa bilməmişdim. Deməli balaca şəhzadni başa düşmək bu yaşda yaxşı ki, mənə qismət imiş. Əsərdə əsas aparıcı olan balaca Şahzadə xəyali olaraq təsəvvür edilir ki, bir planetdə yaşayır.
Müəllif gənc şəhzadənin yaşadığı planeti – B612 olaraq təsvir edir. Burada mənim üçün çox maraqlı olan məsələ müəllifin balaca Şahzadənin planetinə münasibətidir. Müəllif Sent Ekzüperi B612 planetini kəşf edənin bir türk astronavt olduğunu yazır. Bu türk astronavt da Osmanlı geyimində təsvir edilir. Bu da astronavta qarşıyaxşı və pis münasibətin meydana gəlməsinə səbəb olur. Bu türk astronavta müəllifə görə dünyada müxtəlif münasibət vardır. Mənə görə B612 planetini türk astronavtının kəşf etməsinin arxasında dünyada uzun illər mövcud olmuş, hətta Avropanın belə narahat olduğu türk hakimiyyəti ideyası durur. Kitabda Türkiyə ilə əlaqədar müəllifin qeydlərindən biri də Atatürkü geyim inqilabı Şapka Devrimidir.
Balaca Şahzadə çiçəyini yaxşı bəsləyə bilmək üçün planet(planet əslində rəmzdir. Çiçəyini bəsləmək üçün dünyamızda yer axtarır.) axtarır. Əslində çiçəyini bəsləmək üçün planetləri gəzən balaca şahzadə biz insanlara mesaj verir-insan nəslinin yaşaması üçün ideal şərait yaradılmasına nail ola bilmisinizmi?
Dünyanın siyasiləri həqiqətən Balaca Şahzadədən nümunə götürməlidirlər. İnsan oğlunun məqsədi planetimizi–dünyanı insanın yaşamağa məcbur olduğu yerdən ilahi cənnətə çevirməkdir. Axı, dünyada çox coğrafiyada cənnət yaratmaq mümkündür. Ermənisiz Qafqaz həqiqi mənada cənnət hesab edilə bilər. Dünya erməni vandalizmini, 30 il bundan əvvəl müasir infrastruktura malik olan ölkəni işğal edib. 30 ildən sonra sahibləri torpaqlarını azad etdikdə çox dəhşətli bir mənzərə ilə qarşılaşdılar. Ermənistan gözəlliklər diyarı Qarabağda dünyanın tamaşa etdiyi CƏHƏNNƏM yarada bilmişdilər. Ermənilər onlardan gözlənilənləri etmişdilər. Dünya mədəniyyətinin ən qədim mərkəzlərindən olan Qarabağda ermənilər sahib olmadıqları tarixi mədəniyyət abidələrini, əslində hər şeyi tamam ilə darmadağın etmişdilər.
Balaca Şahzadə müqayisə etdikdə bizdən şanslı imiş. O çiçəyinə yaxşı qülluq etmək üçün planetləri gəzir. Bizim isə dünya tarixinin ən qədim türk mərkəzlərindən biri olan Azərbaycanı erməni şərindən, böhtanından qorumaq üçün başqa planet yox elə burada 200 il bundan əvvəl olduğu kimi erməninin yoxluğuna, ya da onların sivil topluma çevrilməsinə nail olmalıyıq. Erməni ilə qonşuluq bizim üçün taleyin qisməti deyildir. Bizim erməni ilə qonşuluq tariximiz rusun Qafqazda və Yaxın Şərqdə iştirakını təmin etmə vasitəsidir. Əgər dərin təhlil etsək son 200 ildə bizə ermənidən yalnız bilinən və ya bilinməyən çox sayda bəlalar gəlmişdir.
Azərbaycanda 30 ildir ki, Ermənistanın işğalına məruz qalan torpaqlarla əlaqədar hamı ”ədalət haradadır?” sualını soruşurlar. Birləşmiş Millətlər Təşkilatı, Minsk qrupu, demokratiya bayraqdarı sayılan dövlətlər ədalətlilik missiyası bayrağı altında tarixin ən böyük işğalını əbədiləşdirməyə çalışırdılar. 44 günlük qalibiyyətli Vətən müharibəsi onların ədalətsizlik planını aradan qaldırdı. 30 il müddətində torpaqları Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan dünya dövlətləri içərisində uzun illər özünü yalnız hiss edirdi. Yaxşı ki, qardaşlar var imiş.
Ermənilər gəlişiləri ilə Qafqza, Anadoluya və başqa yaşadıqları yerlərə cəhənnəm gətirdilər. Özləri demişkən “harada hay varsa orada vay var!” Son 200 ildir ki, başlanan qanaxmanı hələ də tam kəsmək mümkün olmamışdır. Dünyanın heç bir diplomatik kitabında rast gəlinməyib ki, danışıqsız təslimiyyət-kapitulyasiya aktını imzala, eyni vaxtda da jşğaldan azad edilməli ərazidə YENİ İŞĞAL REJİMİ– MİNALARLA İŞĞAL REJİMI TƏTBİQ ETDİLƏR. Dünya ermənilərin minalarla işğal rejiminin şahidididr. Minaya düşən insanlar bunun bir sübutu və şahididir. Təslim olan insan, ölkə qalib ölkəyə uşaq kimi minalanma xəritəsini “itirmişik!” deyir. Əslində dünyanın minalanmaya aid başqa bir nümunəsi yoxdur.
Mühakimə əksər hallarda fərdi məna daşıyır. Lakin dünya tarixinə diqqıtlə baxdıqda milli cinayətlər vardır ki, bu da milli mühakiməni vacib hesab edir. Ermənistan regiona ayaq basdığı gündən özündən başqa hamını mühakimə edir. Əslində ermənilərin regiona ayaq basdığı 200 ildə gətirdiyi nələr olmuşdur. Xalqların erməniləşdirilməsi. Özlərinə qədər olan abidələrin erməniləşdirilməsinə nail olmaq. Xalqın özünü mühakimə etməsi başqalarını mühakimə etməkdən çox çətin imiş. Erməniilər Qafqaza nə gətirdilər? Etnik zəmində tökülən qanlar, erməniləşdirilmiş abidələr. Elmi abidələrin erməmniləşdirilmısidir. Türk-alban abidəsi olan Musa Kalankaytuklünun “Alban tarixi” əsəri akademik Ziya Bünyadovun tədqiqatına görə erməniləşdirilmiş və xəyali erməni tarixini yaratmaq üşün geniş “redaktə” işi aparılmışdır. İnsanları inandırmaq üçün müəllifin adı Moisey soyadı Kaqankatvatsini olmuşdur. Əsər isə Historiya Aqvana Özünü mühakimə edə bilən xalq əsl müdrik xalqdır.Təəssüf olsun ki, torpaq verib babalarımızın 1918-ci ildə dövlət yaratdıqları ermənilər tarixin heç bir mərhələsində özlərini deyil, həmişə günahları olduğu halda başqalarını mühakimə etmişlər.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar Müəllimi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir