KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Yenə də “boykot, bəs nə zaman?”

Fuad Gahramanlı: Yenə də “boykot, bəs nə zaman?”

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
115 0

AXCP niyə inqilab etmir deyənlərə cavab.

Dünən AXCP – nin möhtəşəm qurultayı keçirildi. Qurultayda iki mühüm qərar verildi. Partiyanın yeni şərtlərə uyğun, dövlət və cəmiyyət həyatına konseptual baxışını əks etdirən, adına mill tərəqqi modeli deyə biləcəyimiz mükəmməl işlənmiş proqramı qəbul edildi. Hərkəsin bu mühüm sənədi oxumağa dəvət edirik.
Eyni zamanda 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı da minimum rəqabət şərtlərinin olmaması və ölkədəki reprresiv şərtlər əsas götürülərək seçkinin boykot edilməsi barədə qərar qəbul edildi.

AXCP – nin boykot qərarından sonra bunu bəhanəyə çevirərək partiyanın apardığı mübarizəni gözdən salmaq, dıyərsizləşdirmək cəhdlərini sıx – sıx görməkdəyik.
Belə bir tənqidi fikirlər irəli sürülür ki, “seçkidə iştirak etmirsiniz, inqilab da etmirsiniz, onda bəs nə olsun?” Bu ittihamdan və ya qınaqdan belə çıxır ki, saxta və hər hansı rəqabət imkanı olmayan seçkidə iştirak edilmirsə, AXCP mütləq bunun əvəzinə inqilab etməlidir. Bu fikri cavablandırmadan öncə soruşmaq lazımdır ki, siz gələn il Belarusda, Misirdə, Rusiyada, Venesuelada keçirilən seçkiləri boykot edən o ölkələrin müxalifətinin niyə inqilab etmirsiniz qınağı ilə ittiham edildiyini görmüsünüzmü? Orda belə fikir səsləndirənləri ciddiyə almazlar, çünki o şərtlər daxilində ölkədə yaşayıb rejimə qarşı müxalifətçilik etməyin nə qədər çətin, təhlükəli olduğunun fərqindədirlər. Belə ittihamı ancaq bizim “ağıllılar” edə bilər.

İndi gələk bu fikirin nə dərəcədə haqlı olmasına. Əvvəla inqilabların sosialogiyasına az çox bələdçiliyi olanlar başa düşürlər ki, müasir dövrdə inqilabı hər hansı partiya etmir, xalq edir. Az çox politoloji biliyi olan hər kəs bilir ki, inqilab o fenomemlərdən sayılır ki, onun müəllifi yalnız xalq olur və o spontan xarakter daşıyır, heç vaxt öncədən planlaşdırıla bilmir. Hazırda inqilab sözü klassik mənasından fərqli işlədilir və xalqın kütləvi dirənişi, etirazı ilə bir siyasi rejimi digəri ilə əvəz etməyi nəzərdə tutur. Bu məsələdə siyasi rejimlə, siyasi sistemin fərqinin anlaya bilməyənlərin politoloqluq etməyə çalışanları isə ayrı bir dərddir.

Uzun illərdir ki, AXCP öz gücü, imkanları səviyyəsində bu rejimin qanunsuzluqlarına qarşı şərtlər imkan verdikcə kütləvi etiraz aksiyaları keçirir, onun fəaliyyətini tənqid edir, cəmiyyəti təşkilatıandırmağa çalışır. Əgər bu kimisə qane etmirsə, hesab edirsə ki, bundan daha artığını da etmək mümkündür, o zaman Əli Kərimli kiminsə önünü kəsməyib, buyurub daha yaxşı nümunələr göstərsinlər, biz də başqaları da bunu görüb əhsən deyək. Bəs niyə etmirlər? Hətta ölkə xaricində otrub əllərində olan yutub kanalları ilə 10 minlərlə insana xitab edənlər bir neçə dəfə bir araya gəllib nəinki inqilab, hətta adi bir dinc etiraz aksiyası üçün heç 15-20 nəfəri meydana çıxara bilmədikləri halda, durub rejimin sərt nəzarəti altında olan AXCP rəhbərliyini necə inqilab etməməkdə qınaya bilirlər, bax bu çox təəccüblüdür və həm də ədalətsizdir. Demək ki, indiki halda bundan artığını etmək mümkün deyil və bu gün AXCP – nin etdikləri yüzlərlə cəbhəçinin həbsi, işsiz qalması, döyülməsi, müxtəlif təzyiqlərlə üzləşməsi hesabına baş verirsə, etiraf etmək lazımdır ki, xalq cəbhəsindən başqa bu fədakarlığı edəcək, qurbanlar verməyə hazır olan, cəsarətli bir qüvvə hələ ki, ortada yoxdur. Kaş ki, olaydı və bu halda bizim də işimiz yüngülləşərdi . Ölkəninin azad gələcəyi, demokratiyaya üçün uzun illər aparılan bu fədakar mübarizəni görməmək, onu qiymətləndirməmək isə minlərlə insanın bu yolda çəkdiyi əzab əziyyəti dəyərləndirməmək deməkdir, onların haqqına girməkdir.

Əgər rejim çox sərtdirsə, zorakı üsullarla, heç bir qanun, hədd gözləmədən etirazların qarşısını alırsa, bu şəraitdə “AXCP niyə inqilab etmir” deyənlər, zəhmət çəkib bunun yolunu bizə niyə göstərmirlər? Bildikləri bir şey varsa desinlər biz də öyrənək, demirlərsə o zaman biz də soruşuruq, bu demoqogiya ilə real müxalifətə qarşı aparılan kampaniya nə məqsədə xidmət edir?
Bir çox hallarda elə qərəzli danışırlar ki, sanki AXCP rəhbərliyi ağzına su allb bir kənarda durub, susub, baş verənləri sadəcə seyr etməklə məşğuldur. AXCP bütün önəmli məsələlərlə bağlı ötən müddətdə xalqı mübarizəyə səsləyib. Azad seçkidən tutrmuş, sosial tələblərə, korrupsiyaya qarşı , quru sərhədlərin bağlı olmasına, qanunlarda mürtəce dəyişikliklərə qədər çeşidli məsələlərlə bağlı AXCP və Milli Şura olaraq dəfələrlə etiraz aksiyaları keçirmişik. Bəs nəticə nə olub? Hakimiyyətin razılıq vermədiyi aksiyalara yenə də çıxanların əksəriyyəti cəbhəçilər olub, onlar döyülüb, həbs edilib, cəmiyyət isə qorxu üzündən bu etiraz prosesinə qatılmayıb.

Belə çıxır ki, biriləri üçün cəbhəçilərin illərlə davam edən bu çəkdikləri zülmlər, məhrumiyyətlər yetmirmi, yenəmi onları meydanda döyülən, yerlə sürülən görmək, kütləvi şəkildə həbs olunan görmək istəyirlər? AXCP rəhbərliyində bu gün bir nəfər də olsun həbs həyatı yaşamayan kimsə yoxdur, bunun nə demək olduğunu kənarda proseslərə film kimi baxanların anlaması görünür çox çətindir.
Cəbhəçilərin meydanda polislə qarşılaşmasını əks etdirən olayları bu ölkədə hər kəs ən azı internetdə görüb, bilir. Bütün bunlardan sonra hakimiyyətin sərt zorakılığı və bunun qarşısında cəmiyyətin qorxduğu üçün etiraz tədbirlərinə qatılmamasını görməzdən gəlib, bu gün demokratik dəyişikliklərun olmamasının günahı AXCP – nin üzərinə qoyub niyə inqilab etmirsiniz deyənlər gərək öz vicdanı qarşısında heç olmasa nə qədər ədalətli olduqlarını sorğulasınlar.

Əgər bu gün cəmiyyətdə etiraz ruhu öldürülə bilməyibsə, Azərbaycan cəmiyyətinin gələcək demokratik dəyişikliklərə bir ümidi varsa, buna görə ömürlərini mübarizəyə həsr etmiş cəbhəçilərə minnətdar olmaq lazımdır. Çünki biriləri öz rahat həyatlarını yaşayarkən bu gün bəyənmədikləri cəbhəçilər işsiz gücsüz, meydanlarda polislə qarşılaşırdılar, həbsxanalarda ömür çürdürdülər.

Bu rejimin keçirdiyi saxta seçki yolu ilə ölkədə demokratik dəyişikliklər mümkün deyilsə, seçki buna görə də baykot olunursa, o zaman bəs nə vaxt deyənlərə də cavabımız budur ki, nə zaman ki, sizlər müxtəlifətə qarşı nüfuzdan salmaq şakərindəm əl çəkib belə sərt rejim şəraitində ölkədə demokratik müxalifətin hələ də qala bilməsini bir fürsət kimi qiymətləndirəcəksiniz, nə zaman ki, Azərbaycan xalqı da öz qorxu hissinə qalib gəlib bizi meydanda tək qoymayacaq, nə zaman ki, bu rejiminin qadağalarını aşmağa imkan verən uyğun geosiyasi şərtlər yetişəcək o zaman Azərbaycanda demokratik dəyişikliklərin önü də açılacaq. Bax o vaxta qədər də biz öz gücümüz hesabına bu məqsəd üçün çalışacağıq. Kim meydana çıxıb bizdən yaxşısını bacaracaqsa, biz də bu gün bizə mız qoşanlardan fərqli olaraq o zaman o şəxslərə və qüvvəyə də dıstək verməyə hazırıq. Bu gün isə bunu AXCP – dən başqa bacaran və edən yoxdur. Ancaq hər kəs bilsin ki, bu dəyişikliklər “papaq altında”yatanlarln hesabına deyil, bu gün mübarizə meydanında olanların cəsarət və əzmi hesabına qələbəyə çatacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir